Azərbaycanda 24 yaşlı qadın \"patı\"dan öldü - İki uşaq anası idi

Azərbaycanda 24 yaşlı qadın \
Ötən gecə Bakıda 24 yaşlı qadın yeni sintetik narkotikdən ("patı”) dünyasını dəyişib.

Sfera.az-ın "Report”a istinadən məlumatına görə, bunu paytaxtın baş toksikoloqu, dosent İsmayıl Əfəndiyev deyib.

O bildirib ki, dünyasını dəyişən qadın iki uşaq anasıdır.

İ.Əfəndiyev qeyd edib ki, son dövrlər ölkədə narkotik istifadəsinin strukturu dəyişib: "2010-cu illə müqayisədə keçən il üçün ölkədə psixostimulyatorların sayı 24 %-ə (2010-cu ildə 0,9 %) çatıb”.

OXŞAR XƏBƏRLƏR