Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU

Azərbaycanda 2 nəfərin öldüyü dəhşətli qəzanın VİDEOSU
 
Dekabrın 17-də Stansiya Sumqayıt qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin dəhşətli görüntüsü yayılıb. 

Sfera.az  baku.ws- ə istinadən xəbər verir ki, hadisə yerində olan "Dünya TV"nin əməkdaşları baş verənləri çəkə bilib. 
 

Qeyd edək ki, saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi "Hovo” markalı avtomobili yolun kənarına aşırmış və yük yerində olan çınqıl dağılıb.

Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 

 



OXŞAR XƏBƏRLƏR