Azərbaycanda 17 yaşlı tələbə qəfildən öldü - FOTO

Azərbaycanda 17 yaşlı tələbə qəfildən öldü - FOTO
 Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.

Sfera.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.

Kənd sakini, 2012-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR