Azərbaycanda 14 növ kartof əkilir - 3 ölkənin məhsulu

Azərbaycanda 14 növ kartof əkilir - 3 ölkənin məhsulu
Azərbaycanda yeni xarici ölkə sortları olan kartof sortları yetişdirilir.
 
Sfera.az xəbər verir ki, bu barədə fermer Samir Verdiyev məlumat verib. Ölkənin 6 rayonunda kartof əkini ilə məşğul olan sahibkar yalnız xarici ölkələrdən Azərbaycana məhsuldar kartof növləri gətirməklə ölkədə bu sortları inkişaf etdirir:
 
"Hazırda 6 rayonda 340 hektar kartof sahəsi əkirəm. Əkində yerli sortlardan istifadə etmirəm. Yalnız xarici ölkələrdən yeni sortlar gətirərək yetişdirib yerli fermerlərə toxumluq kartof sortları satıram. Məqsədim xarici sortları Azərbaycanda inkişaf etdirməkdir. Əsasən Cəlilabad, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Qəbələ rayonlarında kartof əkirik. Bu vaxta qədər xaricdən Azərbaycana 50 növə yaxın kartof toxumu gətirmişik. Onlardan 14 sort kartofu hazırda da əkirik. Digər sortlar Azərbaycan iqliminə o qədər də yararlı olmadığı üçün təkrar əkmirik. Cəlilabad rayonu ərazisində əkdiyimiz kartof sortu tezyetişən sortdur. Bu rayonda may ayında artıq kartof yığımına başlayırıq. İyun ayında Şəmkirdə, iyulda isə Tovuz və Ağstafa rayonlarında yığım başlayır. Məhsuldarlıq əsasən gecyetişən sortlarda yüksək olur".

Fermer deyir ki, ötən il orta hesabla hektara 42-45 ton kartof götürüb: "Ölkə üzrə ümumi göstərici ötən il 25-30 ton olub. Bizdə isə 42-45 ton olub. Xaricdən gətirib ilk dəfə əkdiyimiz toxumda isə hətta hektara 55 ton məhsuldarlıq da əldə etmişik. Kartof sortlarını əsasən Almaniya, Hollandiya və Türkiyədən gətiririk".

OXŞAR XƏBƏRLƏR

Türkiyədə bu sosial şəbəkə ilə bağlı QƏRAR VERİLDİ

Türkiyədə 29 apreldən etibarən “Threads” tətbiqindən istifadə dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Rəqabət Qurumu...

Bu il dollar 5 faiz bahalaşıb - STATİSTİKA

ABŞ dollarının məzənnəsi 2024-cü ilin əvvəlindən bəri təxminən 5 faiz yüksəlib.  Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini göstərən Do...

Prezident Aydın İbadovu vəzifəsindən AZAD ETDİ - YENİ TƏYİNAT

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edib.   Sfera.az xəbər verir ki, bununla bağ...

"Utancvericidir və bu davranışı sonuncu dəfə qəbul edirəm" -  Maurisio Poçettino

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə çempionatının 33-cü turunun "Everton"la oyunundan danışıb.   Sfera.az bildi...

Kibertəhlükəsizlik üzrə reytinq açıqlandı - Azərbaycan neçənci yerdədir? 

Estoniyanın e-İdarəetmə Akademiyasının hazırladığı növbəti Kibertəhlükəsizlik üzrə Milli İndeks (National Cyber Security İndex 2024) açıqlanıb.   Sfe...

Həkimdən bu şəxslərə XƏBƏRDARLIQ! - “Kişilər 45, qadınlar isə 55 yaşdan sonra..." 

“Kişilərin 45, qadınların isə 55 yaşdan sonra ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməsi tövsiyə olunur”.   S...