No Image
No Image

Azərbaycanda 10 milyon manatlıq istiqraz hərraca çıxarılacaq

Azərbaycanda 10 milyon manatlıq istiqraz hərraca çıxarılacaq
Azərbaycan dövləti bu il daxili borclanmanı artırır. Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi ilə bağlı açıqladığı məlumatlardan bəlli olur ki, hökumət hər ay 100 milyon manatdan artıq borc cəlb edir. 

Sfera.az xəbər verir ki, daxili borclanma birillik, ikillik və üçillik müddətə həyata keçirilir. Keçirilən hərracların nəticəsinə əsasən, yanvarda 205,1 milyon manatlıq, fevralda 153,16 milyon manatlıq, martda 165 milyon manatlıq, apreldə 180 milyon manatlıq dövlət istiqrazı yerləşdirilib.

 
Məlumatların təhlili göstərir ki, dövlət daha uzun müddətə borclanmaqda maraqlıdır. Bu məqsədlə borc müddəti artdıqca, ayrılan faiz dərəcəsi də artırılır. Birillik borclar 5-6 faizlə, ikillik borclar 7-8 faizlə, üçillik borclar 8-8,5 faizlə cəlb edilir. 

Faizin yüksək olması Maliyyə Nazirliyinə imkan verir ki, daha çox borcu 2 və 3 il müddətinə götürsün. Belə ki, bu ilin yanvar-aprel ayları ərzində 703,26 milyon manatlıq borc cəlb olunub. Onun 105 milyon manatı, yəni 14,9 faizi billikdir. İk il müddətinə alınan borcun həcmi 277,5 milyon manat, yaxud ümumi borcun 39,46 faizini, üçillik borc 320,76 milyon manat və ya cəmi borcun 45,64 faizini təşkil edib.  

Maliyyə Nazirliyi mayda daha 140 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. İstiqrazların 60 milyonu birillik, 40 milyonu ikillik, 80 milyonu üçillik olacaq. Mayda ilk dəfə olaraq 5 illik müddətə istiqraz yerləşdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə 10 milyon manatlıq istiqraz hərraca çıxarılacaq. 

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Sfera.az-a bildirilib ki, bankın mayın 16-dan etibarən USD/AZ...

Mərkəzi Bankdan kreditlərlə bağlı ŞAD XƏBƏR

Pandemiya ilə bağlı ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə baxmayaraq, bank sektorunun kredit portfeli əsasən sabit qalıb. Sfera.az oxu.az-a istinad...

Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı

Xəbər verdiyimiz kimi, Kapital Bank və "Qırmızı Ürəklər” ("Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarım...

Kapital Bank bayram günlərində xidmət göstərəcək

Kapital Bank 9 may – Qələbə Günü və Ramazan bayramı ilə əlaqədar istirahət günləri elan edilən günlərdə müştərilərə xidmət göstərəcək. Xidmət göstərən filiallar...

Bu il Neft Fondu proqnozdan xeyli çox gəlir əldə edəcək

Neft qiymətlərinin yüksəlməsi Azərbaycan Dövlət Neft Fonduunn aylıq gəlirlərinin artmasına imkan yaradır.  Sfera.az Neft Fondunun məlumatlarına istin...

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!

TuranBankdan kart sahibləri üçün Ramazan bayramına özəl cashback kampaniyası!   TuranBank Ramazan bayramı münasibətilə kart sahiblərini yeni cashb...