No Image

Azərbaycanda 10 "COVID-19" xəstəsinə cinayət işi açılıb

Azərbaycanda 10
 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19” virusunun yayılması hallarının qarşısının alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, vətəndaşlar tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena qaydalarının pozulması hallarına yol verilməməsi ciddi nəzarətdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, TƏBİB-dən daxil olmuş məlumatlara dərhal reaksiya verilməklə zəruri tədbirlər görülüb, "Covid-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin müəyyən edilmiş qaydalara riayət etmələri, öz hərəkətləri ilə digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları diqqət mərkəzində saxlanılıb.

Təkcə cari ilin iyul ayı ərzində paytaxtın Binəqədi, Səbail, Sabunçu, Xətai, həmçinin Sumqayıt, Mingəçevir, Cəlilabad, Yevlax, Göyçay şəhər və rayon polis orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan 10 nəfərin mənzillərini tərk edərək küçəyə çıxmaları və digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoymaları müəyyən olunub.

Görülmüş tədbirlərlə həmin şəxslər dərhal təcrid edilmiş və xüsusi karantin rejimi qaydalarını pozmaqla virusun yayılmasına real təhlükə yaratdıqlarına görə barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Balakəndə narkobaron helikopterlə tutuldu - FOTOLAR

  Balakənin Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöb...

Daha bir vəzifəli şəxs övladına toy etdi, polis məsələyə qarışdı - FOTO

  Paytaxtda mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsinin ölkədə tətbiq olunan karantin qaydalarını pozaraq Səbail rayonunda yerləşən "Sea Bay” ...

"Lotu Quli”nin adamları belə saxlanıldı - FOTOLAR

 Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessada vətəndaşları dəhşətə gətirən və bölgədəki sahibkarları qorxu içində saxlayan "Lotu Quli” kimi tanına...

Azərbaycanda 10 "COVID-19" xəstəsinə cinayət işi açılıb

  Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi dövründə "Covid-19” virusunun yayılması hallarını...

Balakəndə mağazalara qənim kəsilən oğrular narkotik yetişdirən dostlarını da “işə saldılar” - FOTO

 Balakən Rayon Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda rayonun Talalar və Sarıbulaq kəndlərində yerləşən mağazalardan ümumi dəyəri 3500 manat olan müxtəlif ərza...

Bakıda sürücü müdirinin seyfini oğurlatdı - külli miqdarda pul... - FOTO

  Mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.  Sfera.az xəbər verir ...