Azərbaycana xaricdən göndərilən pul artıb – Ən çox bu ölkədən vəsait gəlir

Azərbaycana xaricdən göndərilən pul artıb – Ən çox bu ölkədən vəsait gəlir
Ötən il fiziki şəxslər tərəfindən Azərbaycandan xaricə 556,54 milyon dollar, xaricdən Azərbaycana 1,094 milyard dollar pul baratı göndərilib. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə ölkəmizə göndərilən pul 160 milyon dollar və ya 17,13 faiz artıb. Bir il əvvəl Azərbaycana 934 milyon dollar pul göndərilmişdi. 

Azərbaycandan xaricə göndərilən pullarda da artım var. Bir il ərzində xaricə göndərilən pulun həcmi 125,5 milyon dollar, yaxud 29,11 faiz artıb. 2019-cu ildə xaricə 431,1 milyon dollar göndərilmişdi. 

Məlumatların təhlilindən görünür ki, həm xaricə, həm də Azərbaycana göndərilən pulların həcminə görə əsas ölkə Rusiya olub. 

Rusiyaya göndərilən pul 148,39 milyon dollar, Rusiyadan Azərbaycana göndərilən pul 606 milyon dollar təşkil edib. 

Azərbaycandan daha çox pul göndərilən ölkələr sırasında növbəti yerlərdə Türkiyə (117,43 milyon dollar), Gürcüstan (59,45 milyon dollar), ABŞ (50,89 milyon dollar), Birləşmiş Krallıq (25,2 milyon dollar), Ukrayna (22,5 milyon dollar), Almaniya (21,26 milyon dollar) gəlir. 

Ölkəmizə Rusiyadan sonra ən çox pul Türkiyədən (76,37 milyon dollar), ABŞ-dan (53,35 milyon dollar), Almaniyadan (37 milyon dollar), Gürcüstandan (34,88 milyon dollar), Birləşmiş Ərəb Əmirliyindən (32,5 milyon dollar), Qazaxıstandan (30,328 milyon dollar), Birləşmiş Krallıqdan (26,6 milyon dollar) göndərilib. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...