Azərbaycana ucuz avtomobillərin idxalı artır

Azərbaycana ucuz avtomobillərin idxalı artır
Azərbaycan 2021-ci ilin ilk 8 ayında 56 361 ədəd avtomobil idxal edib. İdxal edilən avtomobillərin 52 488 ədədi minik, 3 675 ədədi yük, 198 ədədi digər təyinatlı avtomobillərdir. 

İdxal olunan avtomobillərin gömrükdə olan ümumi dəyəri 571,76 milyon dollar təşkil edib. Minik avtomobillərinin ümumi dəyəri 490,1 milyon dollar, yük avtomobillərinin cəmi dəyəri 44,82 milyon dollar olub.  

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal edilən avtomobillərin sayı 2020-ci ilin eyni dövrünə nisbətən 23 183 ədəd (70 faiz), avtomobillərin dəyəri isə 172,25 milyon dollar (43,11 faiz) artıb. 

Avtomobillərin idxalına çəkilən xərcin artmasına baxmayaraq idxal edilən avtomobillərin orta qiyməti bir qədər də aşağı düşüb. 2020-ci ilin yanvar-avqust ayları ərzində idxal edilən bir avtomobilə orta hesabla 12 041 dollar xərclənibsə, bu il eyni dövründə 10 144 dollar xərclənib. Cari dövrdə idxal avtomobillərinin orta qiyməti 1 897 dollar azalıb. 

Əvvəlki illərlə müqayisədə idxal edilən avtomobillərin dəyərində azalma daha yüksəkdir. 2019-ci ilin ilk 8 ayında idxal edilən avtomobillərin orta qiyməti təxminən 17 min, 2018-ci ilin eyni dövründə 17,5 min dollar olub. 

Qiymət azalmasının əsas səbəbi ölkəmizə hibrid, yəni daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən avtomobillərin, həmçinin mühərrik həcmi kiçik olan digər avtomobillərin idxalının artmasıdır. 

Bu ilin 8 ayında 7 234 ədəd hibrid avtomobili idxal edilib. Onların birinin orta qiyməti 6 200 dollar olub. Hibrid avtomobilləri cəmi idxal avtomobillərinin 12,83 faizini, minik avtomobillərinin 13,8 faizini təşkil edib. 2020-ci ilin səkkiz ayında hibrid avtomobillərin idxal sayı 3 050 ədəd (orta qiymət 5 736 dollar) idi. 

Azərbayvan bu ilin ilk 8 ayında 52 488 minik avtomobili idxal edib ki, onların da orta qiyməti 9 337 dollar olub. Ötən il minik avtomobillərinin orta qiyməti 11 232 dollar idi.

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...