Azərbaycana məxsus PUA vurulub? - RƏSMİ AÇIQLAMA
16:08 / 25.09.2019
1552
Ermənistan kütləvi informasiya vasitələrində guya Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil:
"Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur".