Azərbaycana göndərilən pulun məbləği artıb

Azərbaycana göndərilən pulun məbləği artıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana fiziki şəxslər tərəfindən 1,094 milyard dollar dəyərində pul göndərilib. 

Sfera.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, göndərilən pulun məbləği ötən ilin eyni dövrünə nisbətən 159,7 milyon dollar artıb. 

Azərbaycana daha çox pul Rusiyadan göndərilib. Rusiyadan göndərilən pulun məbləği 606 milyon dollar olmaqla cəmi pulların 55,4 faizini təşkil edib. Bu il Rusiyadan göndərilən pulun məbləği 41,3 milyon dollar artıb. 

Göndərilən pulun məbləğinə görə ikinci sırada 76,4 milyon dollarla Türkiyə, 53,4 milyon dollarla ABŞ, 37 milyon dollarla Almaniya gəlir. 

Bu il ümumilikdə 214 dövlətdən Azərbaycana pul göndərilib. 

İlin birinci yarısında Azərbaycandan da xaricə pul köçürüb. Fiziki şəxslər xaricə 556,5 milyon dollar pul göndərib ki, bu da ötən ilin birinci yarısına nisbətən 125,4 milyon dollar çoxdur. 

Ən çox pul Rusiyaya (148,4 milyon dollar), Türkiyəyə (117,4 milyon dollar), Gürcüstana (59,5 milyon dollar) və ABŞ-a (50,9 milyon dollar) göndərilib. 
Azərbaycandan ümumilikdə 191 ölkəyə pul göndərilib. 

Qeyd edək ki, fiziki şəxslər tərəfindən pul köçürmələrinə dair məlumatlarda kapital xarakterli əməliyyatlar nəzərə alınmır. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI

Masazır qəsəbəsində evdən oğurluq edilib.   Sfera.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 m...

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...