Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI

Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI
Azərbaycanda hazırda 129 590 əcnəbi yaşayır.
Sfera.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Xidmət rəisi 2021-ci ildə Azərbaycana 791 983 nəfər əcnəbi şəxsin girişinin qeydə alındığını deyib.

"2020-ci illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayında 0,5 faiz azalma var, bunun da səbəbi pandemiya ilə əlaqədar turizmin təşkili və investisiya ilə bağlıdır. Keçən ilə baxdıqda bu il məhdudiyyətlər azalıb, buna görə də giriş-çıxış sayı artıb. Ölkəyə ən çox əcnəbi Rusiya, Türkiyə, İran, Gürcüstan və Ukraynadan gəlib".
 
Əzizə Zeynal
Sfera.az

OXŞAR XƏBƏRLƏR