Azərbaycana dəstəyə görə bizə təzyiq edildi - Nabiullin

Azərbaycana dəstəyə görə bizə təzyiq edildi - Nabiullin
Kazanda "Azadlıq” Tatar Gənclər İttifaqı olan Xocalı faciəsilə bağlı piket keçirib.

Sfera.az xəbər verir ki, bunu ittifaqın lideri Nail Nabiullin deyib.

Onun sözlərinə görə "Azadlıq" Tatar Gənclər İttifaqı bu piketlə qardaş Azərbaycan xalqına Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım günündə öz dəstəyini ifadə edib.

Nabiullin qeyd bildirib ki, "Azadlıq" hər zaman bütün türk xalqlarına dəstək olub:

"2012-ci ildən etibarən hər il Xocalı soyqırımı günündə tədbir keçiririk. Lakin ötən il qardaş Azərbaycan xalqına sərgilədiyimiz sadə insan həmrəyliyinə görə əlaqədar təzyiqlərlə qarşılaşdıq. Xüsusən də, "Türk baxışı" qəzetində işlətdiyim "Azərbaycan, bizim qəlbimiz səninlədir" ifadəsinə görə mənə sosial şəbəkələrdə və mediada sözün əsl mənasında təzyiqlər olundu. Lakin bütün təzyiqlərə baxmayaraq, biz öz mövqeyimizdən dönməyəcəyik".

İttifaqın fəalı Fanil Gilyazov da bildirib ki, aksiyanın məqsədi faciənin günahsız qurbanlarının xatirəsini yad etmək və bu hadisəyə ictimai diqqət cəlb etməkdir:

"Cəmiyyət bundan ibrət dərsi götürməlidir və belə bir faciə bir daha heç vaxt və heç yerdə təkrar olunmamalıdır. Biz tatarlar türk dünyasının bir hissəsi kimi qardaş Azərbaycan xalqının dərdindən kənarda qala bilmərik".

OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...