Azərbaycana 100 min pulsuz test dəsti gətirildi

Azərbaycana 100 min pulsuz test dəsti gətirildi
"Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində dövlətə dəstək məqsədi ilə 50 000 ədəd Türkiyə istehsalı olan "COVID-19 Ekstraksion Kiti Testi” və 50 000 ədəd "RTqPCR Tespit Kiti Testi” təmənnasız olaraq Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

Bu barədə Sfera.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə Nazirliyi şirkətin təmənnasız olaraq təqdim etdiyi COVID-19 virusunun müayinəsi üçün 100 min test dəstini minnətdarlıqla qəbul edib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda COVID-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək, dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb. Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə "Zeytun Pharmaceuticals” –ın dəstəyini təqdirəlayiq hesab edib, şirkətə dərin minnətdarlığını bildirir", - məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...

Azərbaycan və Yaponiya arasında turizm əlaqələri MÜZAKİRƏ OLUNDU

Azərbaycan və Yaponiya arasında turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.   Sfera.az Dövlət Turizm Agentliyinə...

Nəcibə Mustafayeva: “Beynəlxalq ictimaiyyət Ermənistanı Metsamor AES-i bağlamağa məcbur etməlidir” - VİDEO

“Ermənistanın Metsamor atom elektrik stansiyası (AES) bütün region üçün təhlükə yaradır”.   Sfera.az xəbər verir ki, bunu Heydər Əliyev A...