Azərbaycan özəl kredit bürolarının yaradılmasında maraqlıdır

Azərbaycan özəl kredit bürolarının yaradılmasında maraqlıdır

 

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Oxu.Az-a Palatadan verilən məlumata görə, görüşdə əsasən Dünya Bankının Azərbaycanda həyata keçirdiyi Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin gedişatı ətrafında müzakirələr aparılıb.

Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsinin hazırlandığını söyləyən Rolf Behrndtin Dünya Bankı Qrupunun aqrosığortanın inkişafı üzrə dəstək göstərməyə hazır olduğunu bildirib. 

Həmçinin qeyd edilb ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.  

Dünya Bankı ilə yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının çox səmərəli və işgüzar əlaqələr qurulduğunu bildirən Rüfət Aslanlı özəl kredit bürolarının yaradılmasında maraqlı olduqlarını və gələcəkdə bu bürolarda toplanacaq məlumatların bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsində dəstək olacağını qeyd edib. 

Görüşdə həmçinin "Azerpoçt” tərəfindən maliyyə xidmətlərinin göstərilməsi layihəsinin gedişatı və MBNP ilə DB arasında sığorta sektorunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.  


OXŞAR XƏBƏRLƏR

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...