Azərbaycan yenə qeyri-azad ölkə elan olundu

Azərbaycan yenə qeyri-azad ölkə elan olundu

 

 
 

Beynəlxalq İnsan Haqları təşkilatı Freedom House Azərbaycanın siyasi haqlar üzrə reytinqini aşağı salıb. Təşkilat bildirir ki, buna səbəb hökumətin tənqidçi və müxaliflərə qarşı repressiv fəaliyyət aparması və onların ədalətli məhkəmə hüququndan məhrum edilməsidir. Hesabatı qısa şəkildə təqdim edirik:



2015-ci ildə Prezident İlham Əliyev və onun Yeni Azərbaycan Partiyasının tənqidi səslərə və müxalifətə qarşı aqressiyasında artım müşahidə olundu. Beynəlxalq müşahidəçi qruplar seçkiləri müşahidə etməkdən imtina etdiyi üçün noyabrdakı parlament seçkiləri məhdud monitorinq və sürəkli repressiyalar şəraitində keçdi. Beynəlxalq insan haqları qrupları seçkilərdən və Avropa Oyunlarının açılış mərasimindən istifadə edərək, dünyanın diqqətini insan haqlarının bərbad vəziyyətinə yönləndirməyə çalışdı. Hökumətin fundamental haqlar üzərindəki basqısı azalmaq bilmədi, əksinə müxalif siyasətçilərə, vətəndaş cəmiyyəti aktivistlərinə və onların ailələrinə qarşı qanunsuz saxlanmalar, məhkəmə hökmləri, təzyiqlər il ərzində davam etdi.

2015-ci ilin parlament seçkiləri hökumətin müxalif səslərə qarşı gücləndirilmiş kampaniyası çərçivəsində keçdi. Əsas müxalifət partiyaları seçkiləri boykot etdi. Rəsmi nəticələrə görə parlamentdə YAP 71, hakim partiyanı dəstəkləyən müstəqil namizədlər 41 yer qazandı. Qalan 12 yer isə hökumətyönlü partiyalar arasından bölüşdürüldü. Bir neçə beynəlxalq seçki müşahidəsi qrupları monitorinq üçün nümayəndə heyəti göndərməkdən imtina etdi. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisi öz missiyasından imtina edərək bildirdi ki, hökumət tərəfindən müşahidəçilərin sayına qoyulan məhdudiyyətlər seçki müşahidəsinin effektivliyini imkansız edir. ATƏT-in Parlament Assambleyası da bu məhdudiyyəti əsas gətirərək, öz missiyasından imtina etdi. Avropa Parlamenti də ölkədə baş tutan geniş miqyaslı insan haqları pozuntularını əsas götürərək, ölkəyə monitorinq qrupu göndərmədi.

Azərbaycanda siyasi mühit rəqabətli və pluralistik deyil. Prezident Əliyevin YAP partiyası yaradıldığı 1995-ci ildən ölkənin siyasi həyatında dominantlıq edir. Parlamentdə təmsil edilən qruplar isə hökumətyönlüdür. Azərbaycanda əsas xəbər mənbəyi hesab edilən televiziyalara müxalifətin çıxış imkanları yoxdur. Müxalif siyasətçilər saxta ittihamlarla həbs edilir, fiziki zorakılıq və təhdidə məruz qalır. Müsavat partiyasının sədr müavini Tofiq Yaqublu və REAL-ın sədri İlqar Məmmədov 2014-cü ildə kütləvi iğtişaşlarda iştirakı ilə bağlı saxta ittihamla həbs edilib və hələ də həbsdə qalır. 2013-cü ildə anti-hökumət etirazlarına görə həbs edilən 4 NİDA-çı aktivist hələ də həbsdədir.

Xəsarət yetirilən və təhdid edilən jurnalistlər cəzasız qalır və bir çoxları narkotik və silah saxlama, etnik nifrət, vətən xainliyi, xuliqanlıq ittihamları ilə həbs edilir. 2015-ci ilin yanvarında hökuməti tənqid edən məqalələrlə çıxış edən Seymur Həzi xuliqanlıq ittihamı ilə 5 il müddətinə həbs edilib. Sentyabrda araşdırmaçı jurnalist Xədicə İsmayılova 7 il yarım həbs cəzasına məhkum edilib. Dekabrda Zerkalo qəzetinin əməkdaşı Rauf Mirqədirov haqqında saxta casusluq ittihamı ilə 6 il həbs cəzası çıxarılıb.

Noyabrda polis Nardaranda əməliyyat keçirərək, Müsəlman Birliyi Hərəkatının üzvlərini həbs etdi. Təşkilatın sədri Taleh Bağırov və onun 13 tərəfdaşı hökumətə qarşı zorakı üsyan təşkil etmək ittihamı daxil bir çox saxta ittihamlarla üzləşdi.

Hökumət müxalif siyasətçilər, jurnalistlər və vətəndaş cəmiyyəti aktivistlərinin sərbəst hərəkət azadlığını məhdudlaşdırıb, xüsusilə də xaricə səyahət imkanını. Fotojurnalist və bloqqer Mehman Hüseynov ona qarşı siyasi motivli cinayət işi açıldığı üçün səyahət qadağası ilə üzləşib. 2015-ci ilin iyul ayında Meydan TV-nin 4 əməkdaşının ölkədən çıxışına məhdudiyyət qoyulub və məlumat verilib ki, onlar hökumətin qara siyahısındadırlar. Həmçinin iyul ayında Avropa İnsan Haqları Məhkəməsinin qərarında qeyd edilib ki, Azərbaycan hökumətinin AXCP sədri Əli Kərimliyə pasport verilməsindən imtina etməsi onun hərəkət azadlığının əlindən alınmasıdır.
 
 
 
Azadliq.info //
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...