No Image
No Image

Azərbaycan “yaşıl artım” ölkəsinə çevriləcək

Azərbaycan “yaşıl artım” ölkəsinə çevriləcək
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən yaxın 10 ildə ölkəmizin qarşısında bir neçə hədəf müəyyənləşdirilib. Bu prioritet hədəflər fərqli görünsə də, əslində xüsusiyyətlərinə görə fərqlənmir, bir-birini tamamlayır və həmin hədəflərə çatmaqla dayanıqlı sistem formalaşmış olacaq. 

Azərbaycanın növbəti 10 ildə prioritetləri dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım” ölkəsinə çevrilməkdir. 

Sfera.az bildirir ki, iqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.

2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, tədiyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranıb. Davamlı inkişafı təmin edəcək yeni iqtisadiyyatda ticari bölmənin, emalın, özəl sahibkarlığın, yüksək texnologiyalara əsaslan sektorların, yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, yüksəkgəlirli bazarların və yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşdırılmalıdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, maliyyə-bank sisteminin sağlamlaşdırılması, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaq.

Rəqabətqabiliyyətli iqtisadiyyatı inkişaf etdirmək üçün insan kapitalı gücləndirilməlidir. İnsan kapitalı şəxsin peşəkarlıq səviyyəsinin artırılması üçün  qoyulan sərmayədir. Müasir iqtisadiyyatın inkişafında yeni innovasiyaların və yüksəkixtisaslı kadların olması böyük önəm kəsb edir. İnformasiya texnologiylarının tətbiqinin genişləndiyi müasir dövrümüzdə yüksəkixtisaslı kadrlar ən böyük resursdur. Bu cür kadrları yetişdirilməsini peşə hazırlığının, ali səviyyədə ixtisas hazırlığının keyfiyyətini artırmaqla təmin etmək mümkündür. Bu baxımdan prioritetlərdən biri kimi insan kapitalının gücləndirilməsinin müəyyənləşdirilməsi əhəmiyyətlidir və rəqabətqabiliyyətli dayanıqlı inkişafda vacib alətdir. 

Ölkəmizin iqtisadi inkişafında, əhalinin yaşayış şəraitinin artırılmasında işğaldan azad olunmuş ərazilərə böyük qayıdış da əhəmiyyətlidir. İşğaldan azad edilən ərazilərdə yaxın on ildə infrastrukturun yaradılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, ərazilərin təbii imkanlarından və iqtisadi resurslarından istifadə edilməsi Azərbaycanda istehsalının artımına və yaradılan əlavə dəyərin həcminin artımına böyük dəstək olacaq. 

Böyük qayıdış həm də əhalinin təxminən 10 faizlik hissəsinin sosial vəziyyətinin köklü şəkildə yaxşılaşmasına kömək edəcək. Bu insanlar daha yaxşı təminatı olan şəraitdə yaşayacaq, dövlətin yardımları ilə bərabər kənd təsərrüfatı, sahibkarlıq fəaliyyətini genişləndirmək imkanı olacaq.      

Yaxın 10 ildə Azərbaycan üçün təmiz ətraf mühit və "yaşıl artım” da prioritetlərdən biridir. Hər bir ölkədə olduğu  kimi Azərbaycanda da ətraf mühitə zərər vuran əsas faktor iqtisadi fəaliyyətlə bağlıdır. Ətraf mühitə dəyən zərərin azaldılması üçün yaşıl iqtisadiyyat inkişaf etdirilməlidir. 

Bu məqsədlə ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə üçün əsas kapitala yönəldilən investisiyaların ümumi investisiyalarda payı artırılacaq. 2015-ci ildə onun ümumi investisiyalarda payı 0,5 faiz olduğu halda 2019-cu ildə 1,7 faiz təşkil edib. Nisbətin daha da artırılması üçün imkanlar var. 

"Yaşıl artım”da iqtisadiyyatın ekoloji və resurs effektivliyi də önəmlidir. Bu məqsədlə stasionar mənbələrdən atmosfer havasına atılan karbon qazının miqdarı, su itkiləri, bir nəfərə düşən istehsalat tullantılarının və bərk məişət tullantıların miqdarı azaldılacaq, bərpa edilən enerji mənbələri üzrə istehsal artırılacaq, əkin sahəsinin 1 hektarına düşən mineral gübrələrin miqdarı azaldılacaq. 

Vasif
Sfera.az


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kreditə tələb artır, faizlər yüksəlir

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.   Sfera.az Mərkəzi Banka...

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 d...

Ən çox bu məhsullar bahalaşıb – SİYAHI

2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 4,2 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər...

Hesablama Palatası publik hüquqi şəxslərlə bağlı narahatdır: “5 milyard manatdan çox vəsait..."

2020-ci ildə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləğinin artması Hesablama Palatasını narahat edir. Palata dövlət büdcəsinin icrası il...

Azərbaycanda bələdiyyələr niyə əlavə yükə çevrilib? – Xərclərin böyük qismi...

Azərbaycanda bələdiyyələrin səlahiyyət dairəsində olan cəmi 5 yerli əhəmiyyətli məsələ var. Bunlar yol təsərrüfatının idarə olunması, ərazinin abadlaşdırıl...

Yeni qadağa gəlir - Mebellər və tikinti materialları BAHALAŞACAQ

2021-ci ilin iyulun 1-dən etibarən Rusiyada ilkin emaldan keçən bir sıra ağac növlərinin ixracına tətbiq edilən rüsumların məbləği artırılacaq. Sfera.az R...