Azərbaycan XİN Ukraynaya başsağlığı VERDİ
14:20 / 08.12.2019
9865
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya başsağlığı verib.
Sfera.az xəbər verir ki, başsağlığı XİN-nin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada milli matəm günü elan olunub. Azərbaycan XİN yanğın zamanı həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir.