Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı açıqlama yayıb

Azərbaycan XİN 20 iyun - Ümumdünya Qaçqınlar Günü ilə bağlı açıqlama yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 20 iyun - Ümumdünya Qaçqınlar Günü münasibəti ilə məlumat yayıb.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, bəyanatda deyilir: "Bu gün dünyada, qaçqın və məcburi köçkünlərin üzləşdiyi çətinliklər barədə məlumatlılığı artırmaq, onların güc və cəsarətlərini təqdir etmək üçün bir fürsət yaradan Ümumdünya Qaçqınlar Günü qeyd olunur. Bu gün, dünyanın ən böyük məcburi köçkün əhalisindən birinə sahib olan Azərbaycan üçün xüsusi məna kəsb edən bir gündür.

Ermənistan tərəfindən həyata keçirilən təcavüz siyasəti bir milyona qədər azərbaycanlını öz yurd-yuvalarını tərk etmək və hər şeyi geridə qoymaq məcburiyyətində qoymuşdu. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Lakin Ermənistan tərəfindən on illər ərzində davam edən hərbi işğal dövründə bu ərazilərin geniş miqyaslı dağıntılara və minalarla çirklənməyə məruz qalması məcburi köçkünlərin evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması üçün hələ də maneədir.

Azərbaycan hökuməti, köçkün ailələrinin azad edilmiş ərazilərə təhlükəsiz və etibarlı şəkildə geri qayıdışına başlamaq, habelə işğal zamanı dağıdılmış şəhərlərin bərpa edilməsi məqsədilə sərmayələrin ayrılması üçün bütün lazimi tədbirləri həyata keçirir.

Ermənistanın işğal zamanı minaladığı bütün ərazilərin tam xəritələrini təqdim etməkdən imtina etməsi məcburi köçkünlərin təhlükəsiz və operativ şəkildə geri qayıtmasını ləngidir. Bu yaxınlarda Kəlbəcərdə iki jurnalistin faciəvi ölümü, təxminən otuz ildir ki, evlərinə geri dönə bilməyən və emosional ailələrin üzləşdiyi təhlükəni bir daha açıq şəkildə göstərir.

Məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünə nail olmaq üçün qonşu və tərəfdaş ölkələrin səmərəli beynəlxalq əməkdaşlığına görə təşəkkür edirik. Yenidən tikilən hər bir yol, məktəb, iş yeri, mədəniyyət və dini abidə bölgə və yerli icmalar üçün davamlı, dinc və firavan bir gələcəyə doğru atılmış bir addımdır.

Bu gündə dünyanın diqqətini qaçqın və məcburi köçkünlərə yönəldir və bu məsələdə qlobal həmrəyliyə, qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünə dəstək olmağa çağırırıq".

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...