Azərbaycan xəritəsinin tarix boyu dəyişmə xronologiyası - FOTOLAR

Azərbaycan xəritəsinin tarix boyu dəyişmə xronologiyası - FOTOLAR
Tarix boyu Azərbaycan dövlətləri yüksəliş və tənəzzül dövrləri keçirmiş, daxili parçalanmalara, xarici işğallara məruz qalmışdır. Azərbaycan həmişə qonşularla sülhsevər, dinc münasibətlər saxlamışdır. Lakin sülhsevər qonşular, xüsusilə Qərbi Azərbaycanda məskunlaşmış ermənilər Azərbaycan torpaqlarına daim göz dikmiş, fürsət düşdükcə müəyyən əraziləri işğal etmişlər. Daim Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrilmişdi. Artıq bu gün biz xalqımızın və dövlətimizin yeni tarixini yazırıq. Tarixi ədaləti bərpa etdik. Çünki Qarabağ torpağı bizim əzəli, tarixi torpağımızdır.

Sfera.az olaraq Azərbaycan xəritəsinin tarix boyu dəyişmə xronologiyasını təqdim edirik:

1813-ci il: Azərbaycan ərazisi 410,000 km²dən ibarət olub.


1813 və 1828-ci illər: 280,000 km²-i Qacar İmperiyasına, 130,000 km²-i isə Rusiyaya verilir. 
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: 130,000 km²-i isə Şimali Azərbaycan Rusiyaya,  280,000 km²-i, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.


 
1918-ci il: Azərbaycan ərazisi 130,000 km².

1918-ci il: İrəvan xanlığı (9,000 km²) Ermənistana verilir. 
1918-ci il: Dərbənd xanlığı (7,000 km²) Rusiyaya verilir. 

1918-ci il: Azərbaycan ərazisi 114,000 km². 

1920-ci il: Zəngəzur, Dərələyəz və Dilican (10,900 km²) Ermənistana verilir. 
1920-ci il: Borçalı (9,500 km²) Gürcüstana verilir. 
1922-23-cü illər: Göyçə mahalı və Naxçıvanın 9 yaşayış məntəqəsi Ermənistana verilir.
1929-cu il: Qazağın 50 km² ərazisi, Cəbrayılın Nüvədi, Ernəzir və Tuğud kəndləri Ermənistana verilir. 
1946-cı il: 40 km² meşə sahəsi Ermənistana verilir. 
1969-cu il: Tovuzun 7,6 km² ərazisi Ermənistana verilir. 
1984-cü il: Qazağın bir hissəsi Ermənistana verilir. 




1988-ci il: Azərbaycan ərazisi 86,600 km².

1988-93-cü illər: Ermənistan Qarabağın 5 və ətraf 7 rayonu işğal edilir.

1993-cü il: Azərbaycan nəzarətində olan ərazi 69,000 km².   
2020-ci il: 27 setyabrdan başlayaraq Azərbaycan işğal altında olan ərazilərini işğaldan azad edir. 

2020-ci il: Azərbaycan ərazisi 86,600 km²
 


OXŞAR XƏBƏRLƏR