\"Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərə 6 ay vaxt veriləcək\" - AÇIQLAMA
15:00 / 10.05.2021
2941
"Azərbaycan ərazisini tərk etməyən ermənilərə 3-6 ay vaxt verilə bilər".
Bunu Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
Ekspert vətəndaşlığı qəbul etməyən ermənilərin bütün hüquqlardan məhrum olacağını qeyd edib:
"Azərbaycan vətəndaşlığını qəbul etməyən ermənilərə müvəqqəti yaşayış hüququ verilə bilər. Əgər ermənilər bundan da imtina edərsə, o zaman ölkədən çıxarılmalıdırlar. Bu proses zorla həyata keçirilmir, ilkin olaraq şəxsə xəbərdarlıq edilir. Beynəlxalq təşkilatlardan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı nümayəndəsi, yaxud da Qırmızı Xaç Cəmiyyəti nümayəndəsi bu məsələni nəzarətdə saxlamağa başlamalıdır".
Q.Hüseynli ermənilərin vətəndaşlıq almamaqda inad etməyəcəyini qeyd edib:
"Əgər ərazi tam olaraq Azərbaycanın yuridiksiyasına keçirsə, o zaman başqa ölkə vətəndaşı o cümlədən ermənilər həmin ərazidə vətəndaşlıq haqqı olmayan şəxs kimi müəyyən müddət qala bilər. Lakin bu onlara sərf etməz. Çünki vətəndaşlıq hüququ olmayan şəxs həmin ərazidə işləyə, təqaüd ala bilməz və s. Bu baxımdan ermənilərin çox inad edə biləcəyini düşünmürəm. İstənilən halda ərazi bütövlüyü tam həll olduqdan sonra ermənilərə bu məsələlər izah olunmalıdır. Əks təqdirdə, 6 ay sonra ermənilər Azərbaycan ərazisini tərk etməlidir".
Əzizə Zeynal
Sfera.az