Azərbaycan vətəndaşlarının olduğu avtobusda YANĞIN - FOTO

Azərbaycan vətəndaşlarının olduğu avtobusda YANĞIN - FOTO
 

Noyabrın 18-də səhər Batumi-Tbilisi istiqamətində hərəkət edən sərnişin avtobusu Kutaisi dairəvi yolunda yanıb.

Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, avtobusda 50-dək sərnişin olub.

Şahidlərin verdikləri məlumata görə, onların arasında Azərbaycan vətəndaşları da var. Sərnişinlər vaxtında təxliyə olunublar.

Məlumata görə, avtobus Türkiyənin "Metro Georgia” şirkətinə məxsusdur. Hələlik yanğının hansı səbədən baş verməsi barədə məlumat verilmir.

Qəzada vətəndaşlarımızın və ya soydaşlarımızın xəsarət almaları barədə Azərbaycanın Gürcüstandakı səfirliyinə və Batumidəki baş konsulluğuna heç bir məlumat daxil olmayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycan vətəndaşları ilə bağlı hər hansı xəbər olarsa konsulluq dərhal həmin şəxslərin vəziyyəti ilə maraqlanacaq və onlara lazımı yardımlar göstəriləcək.



OXŞAR XƏBƏRLƏR

Almaniya Prezidenti Türkiyəyə SƏFƏR EDƏCƏK

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer aprelin 22-24-də Türkiyəyə səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb...

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...