Azərbaycan vətəndaşlarına bu pullar geri qaytarılacaq - Bu ildən...

Azərbaycan vətəndaşlarına bu pullar geri qaytarılacaq - Bu ildən...
Gələn ilin I rübündən başlayaraq Azərbaycan vətəndaşlarına alış-veriş zamanı ödədikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri qaytarılmasına başlanılacaq. 

"Report”un məlumatına görə, bu barədə Vergilər Nazirliyinin İqtisadiyyat sahələrinin analitik təhlili və ekspertizası departamentinin baş direktoru Ülvi Mansurov məlumat verib. 

Bununla belə, onun sözlərinə görə, hələ ki, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydalar təsdiq edilməyib: "İlk öncə qaydalar təsdiq edilməlidir”.

Nazirlik rəsmisi xatırladıb ki, bu məsələ çoxdan vergi qanunvericiliyində öz əksini tapsa da, onun tətbiqinə bu ildən başlanılıb. Onun sözlərinə görə, ƏDV-nin geri qaytarılması yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin ilk 2 mərhələsinin başa çatdırılmasından da asılıdır: "Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqinin I və II mərhələlərinin başa çatması növbəti ilin yanvar-fevral aylarına təsadüf edəcək (həmin mərhələlərdə işlərin 80%-i bitib). Bundan sonra ƏDV-nin geri qaytarılmasına başlanılacaq. Növbəti il ərzində III mərhələ də yekunlaşacaq”.


OXŞAR XƏBƏRLƏR