Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəli neft yatağı ilə bağlı MEMORANDUM İMZALADI

Azərbaycan və Türkmənistan Xəzərdəki mübahisəli neft yatağı ilə bağlı MEMORANDUM İMZALADI
21 yanvar 2021-ci il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Sfera.az-ın məlumatına görə, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldıqları imzalanma mərasimində Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.
 
Qeyd edək ki, həmin neft yatağı Azərbaycanla Türkmənistan arasında uzun illər müzakirə mövzusu olub. Bu yatağı hər iki tərəf müxtəlif adla - Azərbaycan "Kəpəz”, Türkmənistan isə "Sərdar” adlandırırdı.

1997-ci etibarən adı çəkilən yatağ iki ölkə arasında mübahisəyə səbəb olmuşdu. 2000-ci illərdə bu istiqamətdə müzakirələr davam edib.

Təqribən 35 milyard dollar dəyərində qiymətləndirilən yatağı ilk olaraq Azərbaycan neftçiləri tapıb və 1989-cu ildə orada ilk kəşfiyyat quyusunu qazıblar. Neft 4 kilometr dərinliyindəki layda aşkarlanıb.

Yataqda təqribən 100 milyon ton neftin olduğu güman olunur. Yeni texnologiyalarla bu neftin 50 milyonunu hasil etmək mümkündür. Bu isə təqribən 35 milyard dollar deməkdir.

Son nəticədə "Dostluq” adlandırlan yataq iki ölkə arasında etibarlı münasibətlərin yeni indikatoru sayıla bilər.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...

Doktoranturaya elektron sənəd qəbuluna BAŞLANDI - YENİLƏNDİ

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.   Sfera.az xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparıl...

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...