Azərbaycan və Türkmənistan “Dostluq” yatağını birgə işlədəcək

Azərbaycan və Türkmənistan “Dostluq” yatağını birgə işlədəcək
""Dostluq” yatağının birgə işlənməsi 2 ölkə arasında iqtisadi münasibətlərin yaxşılaşmasına təkan verəcək. Eyni zamanda neft hasilatının artırılmasına kömək edəcək. Bir neçə ildir ki, həm Azərbaycanda, həm də Türkmənistanda neft hasilatında enmələr müşahidə olunur. "Dostluq” yatağının işlənməsi imkan verəcək ki, hər iki ölkədə neft hasilatı bir neçə il sabit saxlanılsın”.

Bu sözləri Sfera.az saytına Türkmənistanla Azərbaycan arasında "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun iqtisadi əhəmiyyətini şərh edərkən ekspert Zəfər Vəliyev bildirdi.

"Dostluq” yatağı Azərbaycan tərəfindən "Kəpəz” adlandırılır. Bu yataq Xəzər dənizində Azərbaycanla Türkmənistanın sərhəddinin tən ortasında yerləşir. Buna görə də uzun müddət hər iki dövlət yatağa sahiblik iddiasını irəli sürüb və yatağın işlənməsi mümkün olmayıb.

Z.Vəliyev qeyd etdi ki, Xəzərin hüquqi statusu müəyyən edildikdən sonra mübahisəli yataqların birgə işlənməsi ilə bağlı heç bir problem qalmayıb. Bununla belə o xatırlatdı ki, Azərbaycan statusun müəyyən edilməsindən öncə də dəfələrlə Türkmənistana mübahisəli yataqlarda birgə kəşfiyyat, hasilat işləri aparmağı təklif edib.

Ekspert söylədi ki, Sovet dövründə Xəzər dənizində neft-qaz yataqlarının əksəriyyəti Azərbaycan geoloqları tərəfindən kəşf edilib: "O cümlədən "Kəpəz” yatağını da bizim geoloqlar tapıb. Bu yataqda 1989-cu ildə ilk qazma işləri aparılıb. Yataq geoloji strukturuna görə "Qarabağ” yatağına yaxındır. "Kəpəz” yatağında 50 milyon tondan artıq neft, 100 milyard kub metrə yaxın da təbii qaz ehtiyatının olduğu təxmin edilir.

Azərbaycan yatağın işlənməsində Türkmənistana özünün infrastrukturunu da təklif edirdi. Bir neçə ildir ki, Türkmənistanın nefti Azərbaycan ixrac gücləri vasitəsilə Avropa bazarlarına çatdırılır. Hazırda Türkmənistanın Kianlı, Kələçən yataqlarından hasil edilən neft Azərbaycanın ixrac vasitələri ilə Avropaya satılır. Yeri gəlmişkən, Kələçən yatağını da Azərbaycanın geoloqları kəşf edib".

Z.Vəliyev əmindir ki, yatağın birgə işlənməsi hər iki ölkəyə böyük dividentlər gətirəcək: "Türkmənistanla enerji sahəsində əməkdaşlığımız mövcuddur. Onların neft və kimya məhsullarının böyük hissəsi Azərbaycan üzərindən Avropaya və digər regionlara çıxarılır. Memorandumun imzalanması yaxın perspektivdə Türkmənistanla enerji sahəsində daha böyük layihələrdə birgə iştirak etməyə stimul yaradacaq. Bundan sonra ola bilər ki, Transxəzər layihəsi də gündəmə gələ bilər. Çünki Türkmənistanın qaz ixrac imkanları olduqca məhduddur. Qonşu ölkələrinin hər biri, o cümlədən İran, Rusiya, Qazaxıstan, Özbəkistan, Azərbaycan böyük qaz ehtiyatlarına malikdir. Türkmənistanın qaz ehtiyatlarının dünya bazarına çıxarılmasının ən optimal yolu Azərbaycandır. Rusiya vasitəsilə qaz ixrac etmək beynəlxalq sanksiyalara görə çətinləşib. Türkmənistanın zəngin qaz yataqlarından hasil ediləcək qaz gələcəkdə ola bilər ki, Cənub Qaz Layihəsi vasitəsilə Avropa bazarlarına çıxarılsın”.

Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...