Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri arasında telefon danışığı olub
 Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, Elmar Məmmədyarov həmkarına Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribatının qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.

Bölgədəki artan gərginliyin bütün məsuliyyətinin Ermənistan üzərində olduğunu qeyd edən E. Məmmədyarov məsələnin kökündə Ermənistanın təcavüzkar siyasəti və bu siyasətin nəticələrinin aradan qaldırılmaması durduğunu vurğulayıb. O, Türkiyənin ədalətli mövqeyinə və Ermənistanın son təxribatını pisləyən bəyanatına görə təşəkkür ifadə edib.
 
Nazir Mevlüt Çavuşoğlu Azərbaycanın mövqeyinin ədalətli olduğunu, beynəlxalq hüququn prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT TŞ-nin qətnamələrinə əsaslandığını qeyd edib və Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Çinin aparıcı həkimləri Azərbaycana gəldi - FOTO

 "Azərbaycan Hava Yolları” (AZAL) avqustun 4-də Çindən bir qrup həkim və tibbi ləvazimatdan ibarət yükü Bakıya çatdırıb.  Şirkətdən Sfera.az-a v...

Naxçıvan Qarnizonu Qoşunlarında yeni tədris dövrü başlayıb

 2020-ci tədris ilinin ikinci tədris dövrünün başlanması ilə əlaqədar bütün hərbi hissələrdə şəxsi heyətə sıra baxışı keçirilib, bölmələrin maddi-tədris ba...

Azay Quliyev: "Ermənistan 45 yaşlı Helsinki Yekun Aktının 10 prinsipinin hamısını pozub"

 Millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev 1 avqust 1975-ci ildə qəbul olunan və ATƏT-in bünövrəsini təşkil edən prinsipləri özündə cəm...

Azərbaycan-Türkiyə birgə təlimləri davam edir - FOTOLAR + VİDEO

 Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keç...

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı təlimlər keçirilir - VİDEO

 Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Sfera.az xəbər verir ki, təlimin ssenari...

Səfirlik Almaniyada yaşayan azərbaycanlılara çağırış edib

 Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan bəyanat yayıb. Sfera.az xəbə...