Azərbaycan və Türkiyə qırıcıları şərti düşmənin hədəflərinə zərbələr endirdi - FOTOLAR+ VİDEO
10:11 / 08.09.2021
892
"TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.