Azərbaycan və Türkiyə birgə investisiya fondu yaradır
13:26 / 03.04.2021
1608
Azərbaycan və Türkiyə arasında birgə
investisiya fondunun təsis edilməsi prioritet sahələrdə həyata keçiriləcək və
strateji əhəmiyyət daşıyan investisiya layihələrinin sistemli və çevik maliyyələşdirilməsini
təmin edə bilər.
"Bu ilin fevral ayında hökumətlərarası
iqtisadi komissiya çərçivəsində əldə edilmiş razılığa əsasən, hazırda "Azərbaycan
İnvestisiya Şirkəti" ASC və Türkiyə Varlıq Fondunun nümayəndələri arasında
birgə fondun yaradılmasının imkanları üzrə müzakirələr aparılır və bu iş sürətlə
irəliləyir", - deyə nazir qeyd edib.
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə
dair dəyirmi masada deyib.