Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib
 Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında telefon danışığı olub.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, telefon söhbətində ölkələr arasında əlaqələrin yüksək səviyyədə olduğu, dövlət başçıları arasında mövcud dost münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına əlavə təkan verdiyi vurğulanıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb. Ruhsar Pekcan ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib.

M. Cabbarov qarşılıqlı hörmətə, dostluğa, qardaşlığa əsaslanan əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar mövcuddur və həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da yüksəlməsinə, strukturunun şaxələndirilməsinə əlverişli şərait yaradacaq.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Söhbət zamanı Türkiyənin Ticarət naziri son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı təmsil etdiyi dövlətin mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini, bölgədəki bütün siyasi, diplomatik və sosial əlaqələri ilə ölkəmizin yanında olduqlarını vurğulayıb.

M.Cabbarov Türkiyə dövlətinin dəstəyini hər zamankı kimi aydın və açıq şəkildə hiss etdiklərini vurğulayaraq, Azərbaycan dövlətinin və xalqının öz düşmənlərinə qarşı ayıq-sayıq olduğunu, Ermənistanın aqressiv və işğalçı siyasətinin iflasa uğrayacağını qeyd edib, Türkiyə dövlətinin bütün müstəvilərdə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....