Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalandı - FOTOLAR

Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalandı - FOTOLAR
Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumun rəhbərlik etdiyi nümayəndə heyəti 12 oktyabr 2021-ci il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə birgə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Nazirlikdən Sfera.az-a verilən məlumat görə, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını, "Türk şəhidliyi” abidəsini ziyarət edərək şəhidlərin xatirəsini yad edib, daha sonra ETSN-də Nazirliyin rəsmiləri ilə görüşüb.

Görüşdə ətraf mühitin qorunması, iqlim dəyişmələrinə təsirlərin azaldılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə edilməsi, xüsusi mühafizə olunan təbiət əraziləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Saziş”in tətbiqi üzrə İkiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...