Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu- YENİLƏNDİ

Millimiz ardıcıl üçüncü dəfə məğlub oldu- YENİLƏNDİ
18:36
 
DÇ-2022-nin seçmə oyununda üz-üzə gələcək Azərbaycan və Serbiya yığmalarının start heyətləri açıqlanıb.

Sfera.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar...

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 18. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k.), 13. Abbas Hüseynov, 20. İsmayıl İbrahimli, 8. Emin Mahmudov, 7. Anatoli Nuriyev, 9. Əli Qurbani

Baş məşqçi: Canni De Byazi

Serbiya: 12. Rajković (GK)2Pavlović5Spajić6Maksimović7Radonjić8Gudelj9A. Mitrović10TadićC13S. Mitrović17Kostić20S. Milink

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Serbiya matçı saat 20:00-da start götürəcək.
 
 ***

Azərbaycan və Serbiya milli komandaları arasında DÇ-2022-nin seçmə mərhələsinin A qrupunun III tur matçı başlayıb.

Sfera.az-ın məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilir.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi bu gün səfərdə Lüksemburqla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
 
***
 
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Sfera.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyaya qarşı ilk tur matçı ilə müqayisədə De Byazi bu dəfə start heyətində iki dəyişiklik edib. İtaliyalı mütəxəssis Vüqar Mustafayevin əvəzinə İsmayıl İbrahimliyə, Mahir Emrelinin yerinə isə Anatoli Nuriyevə "11-lik"də şans verib.

Matçda ilk təhlükəli epizodu qonaqlar yaradıblar. Künc nöqtəsindən ötürmə zamanı Aleksandar Mitroviçin baş zərbəsində dəqiqlik çatmayıb. Ardınca Əli Qurbaninin başla vurduğu top qapının üstündən keçib. 16-cı dəqiqədə isə serbiyalılar hesabı açıblar. Müdafiəçilərin ani diqqətsizliyindən istifadə edən Mitroviç yerlə uzaq küncü nişan alaraq, komandasını önə keçirib.

İlk yarıda meydan sahibləri bir real qol vəziyyəti yaradıblar. 31-ci dəqiqədə Qurbani 100 faizlik qol şansından yararlana bilməyib. Nuriyevin ötürməsindən sonra Predraq Raykoviçlə təkbətək qalan forvardın zərbəsini qapıçı zərərsizləşdirib. 37-ci dəqiqədə Mitroviç növbəti dəfə qola yaxın olsa da, zərbəsi qeyri-dəqiq alınıb. İlk hissə Serbiya yığmasının minimal üstünlüyü ilə başa çatdı.

İkinci hissədə daha yaxşı başlayan Azərbaycan millisi hesabı bərabərləşdirmək üçün əla şans qazansa da, Nuriyevin qüvvətli zərbəsinin qarşısını qolkiper alıb. 53-cü dəqiqədə Duşan Tadiçin cərimə meydançasının kənarından vurduğu topu Şahruddin Məhəmmədəliyev çətinlik çəkmədən tutub. 3 dəqiqə sonra isə Nuriyev növbəti dəfə diqqət mərkəzinə düşüb. Sağ cinahda bir müdəfiəçini keçən futbolçunun yerlə ötürməsinə Qurbani istədiyi kimi toxuna bilməyib.

59-cu dəqiqədə isə görüşdə ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib.

68-ci dəqiqədə iki dəyişikliyə əl atan De Byazi Qurbanini Ramil Şeydayevlə, Nuriyevi isə Mahir Emreli ilə əvəzləyib. 74-cü dəqiqədə Məhəmmədəliyev üzbəüz epizodda Mitroviçin fərqlənməsinə imkan verməyib. 79-cu dəqiqədə isə Emreli əzələsini dartaraq, əvəzlənməli olub. 81-ci dəqiqədə isə Məhəmmədəliyev 27 yaşlı forvardın dubl etməsinə mane ola bilməyib.

Bu qələbədən sonra xalını 7-yə çatdıran Serbiya yığması liderliyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında İtaliyada Portuqaliya seçməsinə 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.




OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...