Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı - FOTO

Azərbaycan və Rusiyanın dini liderləri arasında görüş başladı - FOTO
Moskvada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill arasında görüş başlayıb.

Sfera.az verir ki, görüş mövcud epidemioloji vəziyyətə görə qapalı şəkildə keçirilir.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edir.

Xatırladaq ki, sabah, oktyabrın 13-də Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü nəzərdə tutulub.
 
 
***
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə azərbaycanlı rəssam Səttar Bəhlulzadənin "Dağlar və bağlar" rəsmini Bütün Rusiyanın Patriarxı Kirillə hədiyyə edib.

Sfera.az xəbər verir ki, görüş Danilovski Manastırında baş tutub. Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

Tədbir pandemiyaya görə mətbuat nümayəndələrinin iştirakı olmadan baş tutub.

Xatırladaq ki, sabah Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR