Azərbaycan və Rusiya tibbi aviasiya sahəsində əməkdaşlıq edə bilər - FOTO

Azərbaycan və Rusiya tibbi aviasiya sahəsində əməkdaşlıq edə bilər - FOTO
Səhiyyə nazirinin I müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət Sahəsində Beynəlxalq Kooperasiya və Lisenziyalaşdırma Departamentinin direktoru Roman Çekuşovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sfera.az  bu barədə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə əczaçılıq sənayesində gələcək əməkdaşlığın perspektivləri, həmçinin tibbi aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib. T.Musayev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, həmçinin Rusiyanın səhiyyə nazirinin bu ilin iyul ayında Bakıda səfərdə olduğunu və rusiyalı həmkarı ilə görüş zamanı "Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi”nin imzalandığını xatırladıb.

Rusiya nümayəndə heyətinin üzvləri isə ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıblar, qeyd ediblər ki, dərman təminatı sahəsi ən mühüm və sosial əhəmiyyətli sahələrdən biridir, dərhal təcili tibbi yardımın göstərilməsi insan sağlamlığının və həyatının qorunmasında əsas vasitələrdən biridir. Nümayəndə heyəti ölkələrinin tibbi aviasiyanın inkişafında böyük təcrübəsini nəzərə alaraq, bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi barədə razılığa gəliblər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tanınmış həkimə yeni VƏZİFƏ VERİLDİ - FOTO

Kliniki Tibbi Mərkəzdə yeni kadr təyinatı olub. Mərkəzdən Sfera.az-a verilən məlumata görə, tibb üzrə fəlsəfə doktoru, uzman-neyrocərrah Fərid Qaralov tib...

Səhiyyə Nazirliyi bu mesajla bağlı vətəndaşlara xəbərdarlıq etdi - FOTO

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə "WhatsApp” üzərindən "spam” mesajlar göndərilir. Bu barədə Sfera...

Azərbaycan və Rusiya tibbi aviasiya sahəsində əməkdaşlıq edə bilər - FOTO

Səhiyyə nazirinin I müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Rusiyanın Sənaye və Ticarət Nazirliyinin Xarici Ticarət Sahəsində Beynəlxal...

80 yaşlı qadın bu xəstəlikdən necə sağaldı? - TƏFƏRRÜAT

84 yaşlı rus qadın diabet xəstəliyindən əziyyət çəksə də, dərmanlardan uzaqdır. O, şəkəri və təzyiqi kök yarpaqları, kökün yaşıl ot hissəsi ilə salır. Bel...

Universitet müəllimi koronavirusdan öldü - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti vəfat edib. ADNSU-nun dosenti Fəridə Məmmədova koronavirus bəlasının qurbanı olub.  ...

Almaniyada Azərbaycanı layiqli təmsil edən doktoru siz də tanıyın! - FOTO/VİDEO

Dünya miqyasında ölkəmizi müsbət mənada tanıdan, peşəkar azərbaycanlı tibb mütəxəssisləri çoxdur.   Sfera.az xəbər verir ki, onlardan biri də 10 ilə yaxı...