No Image
No Image

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı müzakirə etdi

Azərbaycan və Pakistan hərbi əməkdaşlığı müzakirə etdi
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Məhəmməd Amcad Xan Niazi ilə görüşüb.

Sfera.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdıran Məhəmməd Amcad Xan Niazi Pakistanın ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini, ölkələrimizin bir-birinə göstərdiyi köməyin hər hansı maddi maraqlardan deyil, xalqlarımızın tarixi köklərindən, dini və mədəni əlaqələrindən, ortaq bağlardan qaynaqlandığını vurğulayıb, Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini yüksək qiymətləndirib.

Admiral Pakistan Hərbi Dəniz Qüvvələri tərəfindən keçirilən AMAN-21 beynəlxalq hərbi dəniz qüvvələri təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin iştirak etdiyini və gələcəkdə Azərbaycandan iştirakçıların sayının daha da artırılmasını arzu etdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, Pakistanın Hərbi Dəniz Qüvvələrinin mövcud təhsil, təlim və hərbi-texniki imkanlarının Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daim açıqdır.

Amcad Xan Niazini Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsinə təyin olunması münasibətilə təbrik edən Əli Əlizadə Vətən müharibəsində Azərbaycanın Qələbəsi ilə əlaqədar təbriklərə görə təşəkkürünü bildirib, Pakistan dövlətinin və xalqının ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Səfir Azərbaycanın ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıqda maraqlı olduğunu, hərbi dəniz qüvvələri sahəsində də ikitərəfli əməkdaşlığın uğurla davam etdiyini və daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Görüşdə regional təhlükəsizlik və ikitərəfli əlaqələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır

"Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğm...

Ermənistanın bir nömrəli təyyarəsi hərbi yüklərin qaçaqmalçılığı üçün yeni vasitə kimi... - VİDEO

Gürcüstan hökuməti Yuxarı Lars nəzarət buraxılış məntəqəsində ilişib qalmış 4 min ədəd zirehli jiletin Ermənistana keçirilməsinə icazə verməyib. İki yük m...

İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdədirlər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər. ...

Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

Ermənistanın "Yerkir.am” saytı bu gün səhər "Dünəndən bəri azərbaycanlılar Basarkeçər (Vardenis) istiqamətində irəliləməyə başlayıb” mövzusunda yazı dərc edib. ...

Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu nəşr olunub. Sefer.az xəbər verir ki, Azərbaycan ...

İlham Əliyev: "Bu, Ermənistan ordusunun və dövlətinin çökməsi demək idi"

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş b...