Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı oldu
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Sfera.az-ın xəbərinə görə, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.

İran XİN-in yaydığı məlumatda bildirilib ki, tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.

Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İranın Ermənistana dəstək verməsinin səbəbi bu ölkədir - Şeyx Tüfeyli

"O vaxt (1990-cı illərin əvvəllərində) İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. Niyə müsəlmanlara qarşı xristian erməniləri dəstəkləyirsini...

"Paşinyanın noyabrda Moskvaya getməsini istəmirlər, sui-qəsd cəhdləri olacaq" - ŞƏRH

İddialara görə, noyabrın ilk on günlüyündə Moskvada prezident İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın üçtərəfli...

İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO

Aylarla davam edən gərginlikdən sonra İran hökuməti nəhayət bu ölkənin yük maşınlarının Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ regionuna qeyri-qanuni səf...

Türkiyə, Rusiya və Çin arasında YENİ RƏQABƏT: “Fransa da narahatdır”

"Son zamanlar Afrika qitəsinin bütün dünyanın diqqət mərkəzində olduğu vaxtda Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın bu qitəyə səfəri Türkiyə və Afrika baxım...

İran Azərbaycanın haqlı olduğunu anladı – VİDEO

Hazırda İran-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət meyllər haqlı tərəf olduğumuzu bir daha təsdiq etdi.  Azərbaycan heç bir ölkənin onun...

"Oyun qaydaları" dəyişir? - "Ankara da, Moskva da "topu "Taliban"a ötürüb"

"Əfqanıstandakı yeni hakimiyyətdən ən çox narahat olanlardan biri məhz Kremldir”   Sfera.az bildirir ki, bunu siyasi şərhçi Kənan Novruzov deyib. O, "Tal...