Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq məsələləri müzakirə olundu
Siyasət
21:00 / 11.09.2020
2866
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Gürcüstan səfiri Zurab Pataradze arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əsas istiqamətlərini müzakirə ediblər.
Görüşdə əsas diqqət koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycan və Gürcüstan hökumətləri arasındakı əməkdaşlığa ayırılıb.