Azərbaycan üzümçüləri rekord vurdu

Azərbaycan üzümçüləri rekord vurdu

2019-cu ildə Azərbaycan üzümçüləri 201,8 min ton məhsul yığıblar.

Bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Bildirilib ki, bu, ötən il ilə müqayisədə, 20,4 faiz çoxdur. Bu isə 1996-cı ildən bəri rekord göstəricidir. 

Ümumilikdə, 2019-cu ildə 16,1 min hektar ərazidə üzüm bağları salınıb. Orta məhsuldarlıq ötən il 12,9 faiz artaraq, hər hektara görə 104,8 sentner olub. (oxu.az)



 

OXŞAR XƏBƏRLƏR