Azərbaycan üzərindən Ermənistana qaz veriləcək - “Qazprom\"

Azərbaycan üzərindən Ermənistana qaz veriləcək - “Qazprom\
Rusiya qazı Ermənistana "Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri ilə əlaqədar müvəqqəti olaraq Azərbaycan ərazisindən veriləcək. 

Sfera.az "Interfax-Azerbaijan”-a istinadla xəbər veri ki, bu barədə "Qazprom eksport” şirkəti məlumat verib.

"Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərində təmir işləri müddətində Rusiya qazı istehlakçılara Azərbaycan ərazisindən nəql olunacaq. Bununla əlaqədar martın 16-da SOCAR və "Qazprom eksport” şirkətləri arasında qısamüddətli müqavilə imzalanıb”, - Rusiya şirkəti məlumat verir.

Təmir işləri təxminən 3 həftə davam edə bilər. Daha sonra qaz əvvəlki marşrutla RF və Gürcüstan sərhədi vasitəsilə nəql olunacaq”, - "Qazprom eksport” əlavə edir.

OXŞAR XƏBƏRLƏR