AUB sədri: \"Bağçada döyülən azyaşlının atası görüntüləri yayan tələbəni kollecdən qovub\"

AUB sədri: \
Ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərildiyini videoya çəkən şəxslə bağlı məlumat var.
 
Sfera.az bildirir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin azyaşlının atası tərəfindən təhsil aldığı kollecdən qovulduğunu deyib.

"Azyaşlı ilə bağlı video çəkən İsmayıllı rayonu Aşağıbağ 1 saylı uşaq bağçasının digər işçisi, məlumata görə təhdid edilir. Onun müdafiəsinə hər birinizi səsləyirəm”, - deyə Ağazadə əlavə edib.

Azyaşlının atasının İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev olduğu barədə məlumat yayılmışdı.
 
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə məlumatı təkzib edib: "Kollec müdiri və ya müavini öz istəyi ilə kimisə qova bilməz", - deyə qurum rəsmisi bildirib. 

Xatırladaq ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixdən ləğv edilib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR