Azərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB

Azərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfəri çərvisəndə iki ölkə arasında 6 hökumətlərarası sənəd imzalanıb.

Sfera.az  xəbər verir ki, ilk olaraq imzalanan sənəd iki ölkə başçıları arasında baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski Birgə bəyannamə imzalayıblar.

İkinci sənəd Azərbaycanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov və Ukraynanın Baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk Ukrayna Nazirlər Kabineti ilə Azərbaycan Respublikası arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Üçüncü sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal edilmiş ərazilərinin reinteqrasiya məsələləri üzrə naziri, Hökumətlərarası Komissiyanın həmsədri İrina Vüreşyuk iki ölkənin İqtisadiyyat Nazirlikləri arasında ikitərəfli ticarətdə təcili əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Daha sonra Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Ukraynanın "Naftoqaz” Milli Səhmdar Şirkətinin İdarə Heyətinin sədri "Naftoqaz” ilə SOCAR arasında enerji təchizatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Sonuncu sənəd Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın Geodeziya, Kartoqrafiya və Kadastr üzrə Dövlət Xidməti vəzifəsini icra edən Sergey Zavatskiy Torpaq münasibətləri, dövlət torpaqlarının idarə edilməsi və Dövlət torpaq kadastrı sahəsində haqqında Anlaşma Memorandumu imzalayıblar.

16:14
 
Yanvarın 14-də Kiyevdə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimi olub.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...