Azərbaycan üç erməni diversantını niyə azad etdi? – “Bu xəbərdarlıq jestidir, əgər...\"

Azərbaycan üç erməni diversantını niyə azad etdi? – “Bu xəbərdarlıq jestidir, əgər...\
"Bakının məlum davranışını məcburiyyət qarşısında qabaqlayıcı addım kimi dəyərləndirməliyik”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanın müharibə bitdikdən sonra, diversiya əməliyyatına görə həbs edilmiş 3 erməni əsgərini azad etməsinə münasibət bildirərkən politoloq Natiq Miri deyib:   
 
"Azərbaycana beynəlxalq səviyyədə təzyiqlər var. Avropa Şurası, Avropa Birliyi və Rusiya səviyyəsində ölkəmizə müəyyən təzyiqlər edilir. Bu müstəvidə Bakı 3 erməni diversantı buraxmaqla humanist jest edərək bir növ prosesi qabaqlamaq istəyir.
 
Həm də unudulmamalıdır ki, bu addım azad edilmiş həmin üç erməni hərbçisinin Azərbaycanın mülki əhalisi və hərbçilərinin qətlində iştirakı olmadığı təsdiqləndikdən sonra atılıb. Görünür, gələcəkdə də araşdırmalardan sonra sözügedən cinayətləri törətməmiş digər erməni məhbusları azad edilə bilər. Bununla bağlı Azərbaycan bir növ ümid çırağı yandırdı və bu da təzyiqlərin dayandırılmasına hesablanıb”.

Politoloq düşünür ki, atılan humanist addım heç də konkret bazarlıq predmeti olaraq atılmayıb: "Bunun müqabilində Azərbaycanın qarşı tərəfdən istədikləri də bəllidir.  10 noyabr və 11 yanvar bəyannamələrindən irəli gələn konkret öhdəliklər var. Amma bu öhdəliklər İrəvan və Moskva tərəfindən yerinə yetirilmir. Aprelin 26-da Fransa və Rusiya prezidentləri arasındakı telefon danışığında da əsas müzakirə predmetindən biri məhz həmin erməni məhbusların buraxılması məsələsi olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana, ardınca da mayın 10-11-də Azərbaycana səfər edəcək. Böyük ehtimalla səfərin gedişində Lavrov məhz həbs edilmiş erməni diversantlarla bağlı məsələni qaldıracaq”. 
 
N. Miri zənn edir ki, Azərbaycan bununla Ermənistan və Rusiyaya qarşı birtərəfli qaydada bir jest etdi: "Yaxın zamanda bunun qarşılığı olmazsa, yenidən Ermənistanın başına dəmir yumruq dəyə bilər. Fikrimcə, bəzi məhbusların buraxılması həm də xəbərdarlıq xarakteri daşıyır. Yəqin ki, bu xəbərdarlıq Lavrovun da diqqətinə çatdırılacaq”.
 
Rüfət SULTAN 
 

OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...