No Image
No Image

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər

Azərbaycan Türkiyəyə qaz satışını artıra bilər
"Ötən il Türkiyə digər mənbələrdən aldığı təbii qazı azaltsa da, Azərbaycandan aldığı təbii qaz həcmini yüksək saxladı. 2021-ci ildə də bu tendensiyanın davam etməsi tamamilə BOTAŞ-ın qərarı və Türkiyədəki tələbdən asılıdır”.

Sfera.az xəbər verir ki, bu barədə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyol məlumat verib.

O bildirib ki, hazırda Azərbaycan qazı Türkiyədə ən aşağı qiymətlə təklif olunan qazdır, Türkiyə Azərbaycan qazını xüsusi tariflə əldə edir, buna görə də, ötən il nisbətən bahalı olan mənbələrdən qaz alışı azaldıldı və üstünlük Azərbaycan qazına verildi. Əgər, 2021-ci ildə qaza tələbat artarsa, Türkiyə digər mənbələrdən də qaz alışına davam edəcək.

Saltuk Düzyolun sözlərinə görə, yaxın müddətdə BOTAŞ-ın qaz alqı-satqısı ilə bağlı Azərbaycan və Rusiya ilə müqavilələrinin müddəti bitir:

"Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti də mövcuddur ki, BOTAŞ buradan 6,6 milyard kub metr qaz əldə edir. Təbii ki, bu müqavilənin yenilənməyə ehtiyacı var, çünki növbəti ildə onun müddəti bitəcək. Müqavilənin uzadılması və şərtləri isə Azərbaycanın Qaz Təchizatı Şirkəti ilə BOTAŞ arasında baş tutacaq görüş nəticəsində bəlli olacaq”.

O qeyd edib ki, Azərbaycan Rusiya Federasiyasından sonra Türkiyənin ikinci qaz tədarükçüsüdür:

"Türkiyənin Azərbaycanla TANAP-la birgə 12,2 milyard kub metr civarında təbii qaz alqı-satqı müqaviləsi var. Növbəti illərdə Türkiyənin Rusiyadan aldığı qazın miqdarı azalsa, Azərbaycandan alınacaq qazın miqdarı arta bilər və təbii ki, sabit də qala bilər. Bu, BOTAŞ-ın strategiyası ilə əlaqəlidir”. (Oxu.az)
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı

Xırdalandakı partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından bir nəfərin cəsədi çıxarılıb. Bu barədə Sfera.a...

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Rusiya lideri Vladimir Putin universitet tələbələri ilə onlayn-söhbət zamanı fəaliyyət sahəsi kimi şərabçılıqla maraqlandığını, prezident karyerası başa çatdıqd...

Hikmət Hacıyev “Atlantic Council” xəbər agentliyinə müsahibə verdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Atlantic Council" xəbər agentliyinə ...

Biz azərbaycanlılara bayraq paylamamışıq – Pakistanlı nazir

Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşi ölkəsinin Azərbaycana dəstəyindən danışıb. Sfera.az xəbər verir ki, nazir yan...

Baş nazir xəbərdarlıq etdi: Şişirdilmiş qiymətlər...

Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri ...

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobuslar bu rayonlardan çıxacaq

İşğaldan azad edilmiş şəhər və rayonlara avtobus xətləri açılacaq.   Sfera.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yan...