No Image
No Image

Azərbaycan, Türkiyə və Pakistan ittifaqı nə vəd edir? - "1 trilyon dollardan çox..."

Azərbaycan, Türkiyə və Pakistan ittifaqı nə vəd edir? -
"Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi ölkələr üçün geo-siyasi əhəmiyyət daşımaqla yanaşı, eyni zamanda iqtisadi əlaqələrin də genişlənməsinə müsbət təsir edəcək”. 
 
Sfera.az xəbər verir ki, bunu  Milli Məclis deputatı Vüqar Bayramov bildirib. 

O qeyd edib ki, bu ümumi nominal ümumi daxili məhsulu (ÜDM) 1 trilyon dollardan çox olan 3 ölkənin birlikdə olması anlamına gəlir:

"Digər tərəfdən 743 milyard dollar ÜDM-lə Türkiyə, 314 milyard dollarlıq iqtisadiyyatı olan Pakistan və 47.1 milyard dollarlıq ÜDM-ə malik olan Azərbaycan yerləşdiyi bölgədə strateji mövqelərə malikdir.

Üç ölkə arasında ticarət dövriyyəsinin növbəti illərdə, xüsusən də pandemiyadan sonra daha da genişlənəcəyi gözlənilir. Hazırda Azərbaycan ilə Türkiyə arasındakı illik ticarət dövriyyəsi 4,5 milyard dollardır və son 2 ildə iki ölkə arasındakı dövriyyə 70 faizə yaxın artıb. Azərbaycanla Pakistan arasındakı illik ticarət dövriyyəsi isə 14.8 milyard dollardır. Ölkələr ticari əməkdaşlığı son iki ildə 80 faizə yaxın genişləndirə biliblər. Göründüyü kimi, Azərbaycan ilə hər iki ölkə arasındakı iqtisadi və ticari əlaqələr son illər ciddi artım tempi ilə inkişaf edir.

Vətən müharibəsində Azərbaycanın haqq işinə mənəvi dəstək olan iki qardaş ölkəni təmsil edən şirkətlərin işğaldan azad olunan ərazilərimizin bərpasında daha yaxından iştirak imkanları da var. Gözlənilir ki, sözügedən ölkə şirkətləri bərpa və yenidənqurma mərhələsində yaxından təmsil olunacaqlar”.

Ülvi
Sfera.az
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Təhsil naziri sabahkı brifinqin anonsunu etdi: məktəblər açılır?

"Sabah çox vacib gündür. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpası müzakirə ediləcək. Təhsil Nazirliyinin brifinqi sabah saat 12:00-a planlaşdırılı...

Azad olunmuş ərazilərə xərclənəcək pulların miqdarı bəlli oldu

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Bloomberg” agentliyinə müsahibə verib. Sfera.az xəbər verir ki,  nazir müsahibəsində Azərbaycanda ...

“Büdcədə neftin qiyməti 20 dollardan götürülsün” – İqtisadçıdan ilginc TƏKLİF

"İqtisadiyyata sərmayə qoyuluşunun davamlı artmamasının səbəbi iqtisadiyyatın neft qiymətlərindən asılılığının yüksək olmasıdır. Neft qiymətləri kəskin endikdə ...

"Fondun bütün vəsaiti vaksinə gedəcək" - Azərbaycanda vurulan peyvəndlərin bir dozası neçəyə başa gəlir?

Bu gün ən çox müzakirə olunan mövzulardan biri də koronavirus vaksinləridir. Artıq bu gündən Azərbaycan vaksinləşmə prosesinin tətbiqinə başlayıb. Amma geniş ic...

Azərbaycan “qırmızı qızılı”na yeni bazarlar axtarır: Avropanın ağır tələblərinə hazırıqmı?

Rusiya cənub bölgələrində pomidor istehsalını artırmağı planlaşdırır. Bu məqsədlə regiona pomidor istehsalı üçün böyük məbləğdə sərmayə qoyulur. Proqnozlara əsa...

“Azərbaycanda bir neçə mənzilləri var” - Türkiyədə ev alan həmyerlilərimizlə bağlı ilginc DETALLAR

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ədəd daşınmaz əmlak alıb. Türkiyənin dövlət qurumunun məlumatına əsasən, 2019-cu illə müqayisədə Azərbayc...