"Azərbaycan Türkiyə ilə birlikdə Aya kosmonavt göndərə bilər" - Ekspert

Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin kosmosla bağlı hədəflərini açıqladı və 2023-cü ilə qədər Aya kosmonavt göndərəcəklərini bildirdi.
 
Rusiya kosmik agentliyi də öz növbəsində bu sahədə Türkiyə ilə əməkdaşlıq münasibətlərinin qurulmasından məmnun olacağını bildirən açıqlama ilə çıxış etdi.

Maraqlıdır, qonşu ölkə ilə əməkdaşlıq edərək Azərbaycanın da kosmik sahədə daha böyük addımlar atması mümkündürmü? 

Məsələ ətrafında Sfera.az-a danışan Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kosmik sahədə əməkdaşlığın qurulmasının uğurlu nəticə verəcəyini bildirib:

"Artıq 2007-2008-ci illərdən etibarən Azərbaycan kosmik sahə ilə bağlı olan məsələlərə ciddi önəm verir. Bizdə bu sahə ilə bağlı böyük dövlət proqamı var. Artıq bizim 3 peykimiz, bununla məşğul mütəxəssislərimiz, idarəetmə mərkəzlərimiz mövcuddur. Bu baxımdan düşünürəm ki, Türkiyə ilə Azərbaycanın kosmik sahədə iş birliyinin olması faydalı nəticə verərdi.

Bizim aramızda təcrübə mübadiləsi, kadrların hazırlanması ilə bağlı məsələlər kimi xeyli ortaq nöqtələr tapmaq olar. Yaxın gələcəkdə Azərbaycan Türkiyə ilə əməkdaşlıq çərçivəsində kosmosa kosmonavt göndərə biləcək texnoloji gücə malikdir". 

Sfera.az
Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 21% AZALIB

2024-cü ilin 1-ci rübündə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 25,5% azalaraq 134,5 milyon ABŞ dolları təşkil edib.   Sfera.az APA-ya isti...

"Atletik"in oyunçusu klubu TƏRK EDİR - 15 ildən sonra...

"Atletik"in yarımmüdafiəçisi İker Munyain cari mövsümün sonunda İspaniya klubunu tərk edəcək.   Sfera.az bildirir ki, 31 yaşlı futbolçu bu...

“Qırğızıstanla ticarət dövriyyəsi artıb” - Ekspertdən AÇIQLAMA

"Qırğızıstanla son 15 ildə ən zəif ticarət dövriyyəsi 2017-ci ildə olub".   Sfera.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Ə...

Ərdoğan Almaniya Prezidenti ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı “TR...

Azərbaycan futboluna AĞIR İTKİ - Baş məşqçi VƏFAT ETDİ + FOTO

1983-85-ci illərdə “Araz” futbol komandasının baş məşqçisi olmuş Hafiz Əliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə &qu...