Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı - VİDEO

Azərbaycan-Türkiyə birgə təlimləri başa çatdı - VİDEO
Türkiyə Respublikasının Konya şəhərindəki aviabazada keçirilən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin "TurAz Şahini - 2021” birgə taktiki təlimlərinin bağlanış mərasimi keçirilib.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz təlimlərdə iştirak edən şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Bildirilib ki, uğurla başa çatan təlimlərdə uçuş, texniki və təminat heyətləri böyük təcrübə qazanıblar. Hərbi pilotların döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılmasında bu kimi təlimlərin əhəmiyyəti xüsusi qeyd olunub və növbəti birgə təlimlərin keçirilməsinin zəruriliyi də əminliklə ifadə edilib.
Döyüş təyyarələrinin taktiki-texniki imkanlarından bacarıqla istifadə edərək təlimdə verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların fəaliyyəti baza komandiri tərəfindən yüksək qiymətləndirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, birgə təlimə Azərbaycan Hərbi Hava Qüvvələrinin 2 ədəd "MİQ-29” qırıcı və 2 ədəd "SU-25” hücum təyyarələri cəlb edilib.
 

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bir cümlədə 6 səhv buraxan deputat günahı sürücünün üstünə atdı - İşdən çıxardı

Milli Məclisin üzvü, millət vəkili Cavanşir Paşazadənin şəxsi "Facebook" hesabında yazdığı statusdakı qrammatik səhvlər sosial şəbəkə istifadəçilərinin məzəmmət...

Mənzillər 25 faizədək bahalaşacaq - Ekspert səbəbləri açıqladı

"2000-ci illərin əvvələri Abşeron ərazisində 1 sotu 200 AZN olan torpaq, hazırda 4-5 min manatdır”. Bunu Sfera.az-a əmlak məsələləri üzrə ekspert Elnu...

Alıcılıq qabiliyyəti sürətlə düşür - Manatın məzənnəsi ilə bağlı YENİ QƏRAR verilə bilər

Son zamanlar Türkiyənin milli valyutası - lirənin məzənnəsi, dünyanın aparıcı valyutası - dollara nisbətdə sürətlə dəyərdən düşür.   Bu proses manata təs...

Qubadlıda televiziya və radio yayımı təmin olundu - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” ("Teleradio") İstehsalat Birliyi Qubadlı rayonunda televiziya və radio yay...

Azərbaycanda ehtiyatda olan hərbçilərin toplanışı başladı - RƏSMİ

Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanışı başlayıb. Bu barədə Sfera.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlu...

Prezidentin Ağalıdan maraqlı - FOTOSU

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevin Zəngilan rayonu, Ağalı kəndində çəkilmiş maraqlı fotosunu paylaşıb...