Azərbaycan turizminin əsas problemləri hansılardır? - Açıqlama

Azərbaycan turizminin əsas problemləri hansılardır? - Açıqlama
"Turizm sahəsində yeniliklərə qiymət və xidmət siyasətini dəyişməkdən başlamaq lazımdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda turizmin inkişafı üçün hansı yeniliklərə ehtiyac olduğu barədə danışarkən Turizm Assosiasiyasının əməkdaşı Müzəffər Ağakərimov deyib:

"Azərbaycanda turizm sahəsində yeniliklərə ilk növbədə daxili turizmdən başlamaq lazımdır. Daxili turizm sahəsində ciddi problemlər var. Problemlər qiymət siyasəti və xidmət səviyyəsilə bağlıdır. Qiymət və xidmət səviyyəsini tənzimləmək üçün turizm qurumları mütləq şəkildə öz konsepsiyaları ilə çıxış etməlidirlər. Bu qurumlar öz fəaliyyətlərilə qiymət və xidmət siyasətinə təsir edə bilərlər. Daxili turizmi inkişaf etdirməklə həmçinin gələcəkdə ölkəyə gələn turistlərin sayının artımına da nail olmaq olar”.
 
Həmsöhbətimiz bu istiqamətdə xarici mütəxəssislərdən istifadəyə son qoymağı da təklif edir:

"30 ilə yaxındır xarici mütəxəssis adı ilə dəvət olunanlar bu illər ərzində heç nəyə nail ola bilməyiblər. Xaricdən dəvət oluna turizm və otellər üzrə mütəxəssislər ötən müddətdə kadrların yüksək səviyyədə xidmət göstərməsini təşkil edə bilməyib. Ona görə də onlardan imtina edib, bacarıqlı yerli mütəxəssislərin potensialı və resurslarından yararlanmağın vaxtı çatıb. Bunun üçün də yerli mütəxəssislərə yüksək əmək haqqı verilməlidir ki, onlar iş dalınca xaricə axmasınlar”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin FƏALİYYƏTİ DAYANDIRILIR

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərbaycanlılar Türkiyədə mənzil alışını azaldıb - RƏQƏMLƏR

Bu il Türkiyədə əcnəbilər tərəfindən alınan mənzillərin sayında kəskin azalma müşahidə edilir.  Sfera.az Türkiyə Statistika Təşkilatına istinadən xəbə...

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyev mediaya müsahibə verib. ...

Azərbaycanda psixoloq qiymətləri niyə bahadır? - AÇIQLAMA

Psixologiya sahəsi ölkəmizdə son illər praktiki olaraq daha geniş yayılıb. İnsanların əksəriyyəti isə psixoloq qiymətlərinin bahalığından şikayətlənir. &nbs...

13 ümumtəhsil müəssisəsinin tikintisi davam etdirilir

"İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox uşağın təhsil aldığı 2 bağça fəaliyyət göstərir".   Sfera.az xəbər verir ki, bu barədə Məktəb...

İsveç Baş naziri COP29-a DƏVƏT EDİLDİ

İsveç Baş naziri COP29-a dəvət olunub.   Sfera.az xəbər verir ki, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Azərbaycan Prezidentinin noyabr ayı...