Azərbaycan Turizm Şurasının tərkibi təsdiqlənib

Azərbaycan Turizm Şurasının tərkibi təsdiqlənib

Azərbaycan prezidenti İlham Əliyev ölkədə turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

 

APA-nın xəbərinə görə,  fərman Azərbaycan prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanının və "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli sərəncamının tətbiqi ilə əlaqədar imzalanıb.  

 

Fərmana əsasən "Azərbaycan Respublikasının Turizm Şurası haqqında Əsasnamə” və "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi” təsdiq edilib.

 

Bundan başqa, ölkənin turizm potensialının daha da artırılmasını və beynəlxalq səviyyədə tanıdılmasını təmin edən "Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxsin yaradılması,  fəaliyyətinin təmin edilməsi və maliyyələşdirilməsinə dair mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə aidiyyəti dövlət qurumlarına müvafiq göstərişlər verilib.

 

Azərbaycan Respublikası Turizm Şurasının tərkibi:

 

Şuranın sədri

 

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

 

Şuranın üzvləri:

 

İnam Kərimov – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri

 

Arif Məmmədov – Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru

 

Nadir Hüseynov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini

 

Tapdıq Əmiraslanov – Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

 

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

 

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

Əsgər Abdullayev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Rafiq Cəlilov – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini

 

Fərhad Tağı-zadə – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini

 

Pərviz Musayev – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini

 

Bədəl Bədəlov – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Natəvan Qədimova – Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri

 

Fidumə Hüseynova – Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini

 

Əsgər Ələkbərov – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi

 

İlqar Mustafayev – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi 


OXŞAR XƏBƏRLƏR