No Image
No Image

Azərbaycan tərəfi Lüksemburq XİN başçısına cavab verdi

Azərbaycan tərəfi Lüksemburq XİN başçısına cavab verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburq xarici işlər nazirinin BMT-nin İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidməti idarəsindən Sfera.az-a bildirilib ki, fevralın 24-də Lüksemburq xarici işlər və Avropa məsələləri üzrə naziri Jan Asselbornun BMT İnsan Hüquqları Şurasının 46-cı iclasında çıxışı zamanı "Azərbaycan Dağlıq Qarabağda çoxlu dağıntılara səbəb olan hərbi hücumda və Türkiyəni onu dəstəkləməkdə” ittiham etməsi bu dövlət rəsmisinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə və beynəlxalq hüququn müvafiq prinsiplərinə tamamilə zidd olaraq nümayiş etdirdiyi qərəzli mövqeyinin göstəricisidir.

"Özünü insan hüquqları keşikçisi kimi qələmə verməyə çalışan Jan Asselborn, Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayıb, bu ərazilərdə qanlı etnik təmizləmə həyata keçirərkən, 1 milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobud şəkildə pozarkən nə səbəbdən bu məsələni bir dəfə də olsun BMT İnsan Hüquqları Şurasında və ya digər müvafiq beynəlxalq platformada qaldırmayıb? Bəlkə Lüksemburq XİN-in Ermənistanın 27 sentyabr tarixində əl atdığı növbəti hərbi təxribat nəticəsində başlayan hərbi əməliyyatlar zamanı Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə döyüş əməliyyatları zonasından uzaqda yerləşən mülki insanları hədəfə aldığı, 100-dən çox günahsız azərbaycanlını qətlə yetirdiyi barədə məlumatı yoxdur? İnsan hüquqları məsələsini siyasi qərəzlilik mövzusuna çevirmək heç kimsəyə, o cümlədən Lüksemburq xarici işlər nazirinə baş ucalığı gətirməz", - məlumatda qeyd olunub.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ərdoğan: “Qara dəniz sülh dənizi olaraq qalmalıdır”

"Ukraynanın şərqindəki vəziyyət diplomatik əsaslarla həll olunmalıdır. Narahatıq doğuracaq hadisələrin inkişafına son qoyulmasını diləyirik”. Sfera.az-ın ...

Meytu Brayza Bakıda səfərdədir

ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza Bakıya səfər edib. "İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyini müzakirə etmək üçün topla...

“Caliber”: Bakıdan uçan təyyarəsi niyə İrəvanda yerə boş düşdü? - VİDEO

Ermənistanın "news.am” saytı iddia edib ki, "əsirlər”in geri qaytarılması fikri ölkənin Baş nazirinin mətbuat katibi Mane Gevorgyan tərəfindən açıqlanıb. ...

"Erməni soyqırımı"na maraq azalır, Blok imtina etdi

İyirmi dörd aprel ərəfəsində dünya erməniləri yenidən beynəlxalq ictimaiyyətin diqqətini qondarma "erməni soyqırımı"na yönəltməyə çalışırlar. Sfera.az xəb...

Türkiyə və Ukrayna strateji əməkdaşlığı davam etdirəcəklər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə danışıqlarının nəticələrini qiymətləndirib. Sfera.az bu barədə Tür...

Ərdoğan və Zelenskinin birgə mətbuat konfransı - VİDEO

Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında Huber Köşkündəki görüş başa çatıb. Prezidentlərin təkbətək görü...