Azərbaycan təhsil sistemini gözləyən ciddi risklər: \"Xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün...\"

Azərbaycan təhsil sistemini gözləyən ciddi risklər: \
"Pandemiya başlanarkən bir çox ölkələrin milli təhsil platformaları hazır olduğundan, distant sahədə müəyyən hazırlıqlar olduğundan  onlar üçün tədrisin distant formada öz milli platformaları üzərindən  təşkilində elə də ciddi problem yaşanmadı. Lakin pandemiya başlananda Azərbaycanın öz milli təhsil platforması olmadığından məcburən xarici resurs üzərində tədrisi gerçəkləşdirməyə başladı”.
 
Sfera.az-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə,  ölkəmizdə  elektron məktəb, "e-learning” sistemləri zamanında qurulmayıb:

"Artıq "Microsoft Teams” və onunla yanaşı Microsoftun Office 365 alətləri, Mail, Calendar, OneDrive və s. proqramları da Azərbaycan dilinə tərcümə edilib.  Yəni, necə deyərlər, Microsoft Teams milliləşdirilərək "Virtual məktəb” milli platformasına çevrilib.

Əlbəttə, çox funksiyalı bu tip resursları hazırlamaq və ona proqram-texniki dəstək vermək ağır bir işdir. Uzun zaman və ciddi resurslar, maliyyə və kadr resursları, böyük data mərkəzlər tələb edir. Eyni zamanda Təhsil nazirliyi Microsoft şirkəti ilə qarşılıqlı anlaşma ilə bu resursun milliləşdirilməsi istiqamətində xeyli addımlar atıb. Texniki dəstək komandası formalaşıb, funksionallığı xeyli genişləndirilib. Bütün bunlar təqdirəlayiqdir. Bildiyim qədər, Azərbaycan hökuməti bu resursdan istifadə üçün Microsoft-a xeyli vəsaitlər də ödəyir”.

Ekspert vurğulayıb ki, buna baxmayaraq, son zamanlar "Virtual məktəb”də bəzi funksionallıqlarda, xüsusilə də  video resursların saxlanılması ilə bağlı müəyyən məhdudiyyətlər olur:

"Düşünürəm ki, milli təhsil sisteminin dayanıqlıqlığı və təhlükəsizliyi baxımından, həmçinin qarşıdakı illərdə xarici qurumların daha sərt şərtlərindən sığortalanmaq üçün ayrıca , Azərbaycana məxsus milli təhsil platformasının yaradılması doğru olardı. Eyni zamanda, Türkiyənin də özünəməxsus oxşar təhsil platforması var və alternativ olaraq bu sistemdən də istifadə məsələlərinə baxıla bilər. 

Fikrimcə, ölkənin bütöv təhsil sisteminin bir platforma, xüsusilə də yalnız bir xarici platforma üzərində "oturması" ciddi risklər yaradır. Bu baxımdan  milli təhsil platformamız yaradılmaqla alternativlərin olması təhsil və informasiya təhlükəsizliyi sahəsində  milli maraqlarımıza uyğun olardı. Təhsil nazirliyi,  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi  bu istiqamətdə indidən işlərə başlamalıdırlar”.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...