Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası diaspor sahəsində yeni portal yaradır – LOBBİ.az

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası diaspor sahəsində yeni portal yaradır – LOBBİ.az
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "www.lobbi.az informasiya portalının hazırlanması” layihəsi çərçivəsində yeni sayt ərsəyə gətirəcək.

Bu barədə saytımıza ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: "Bizim təşkilatın əsas strateji istiqamətlərindən biri də diaspor fəaliyyəti ilə bağlıdır. Bizim Rusiyada, Ukraynada, Polşada nümayəndəliklərimiz var. Yaxın aylarda digər Slavyan ölkələrində də nümayəndəliklər açmağı düşünürük. Neçə ildir ki, biz lobbi sahəsində innovativ layihə həyata keçirməyi düşünürdük. QHT-lərə Dövlət Dəstəyi Şurasına xüsusi olaraq təşəkkür etmək istəyirəm. 2 ay ərzində reallaşdıracağımız layihə çərçivəsində LOBBİ.az saytının yaradılmasını nəzərdə tutmuşuq. Yaxın günlərdə sayt istifadəçilərin ixtiyarına veriləcəkdir. Ümid edirəm bu sayt qısa zaman kəsiyində dünyadakı Azərbaycan lobbisi üçün unikal informasiya mərkəzinə çevriləcəkdir. Biz layihə çərçivəsində saytın paytaxtda və regionlarda təqdimatlarını reallaşdırmağı düşünürük. Hesab edirəm biz bu layihə vasitəsi ilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətini fərqli, innovativ formada dünyaya daşımağı bacaracağıq”

OXŞAR XƏBƏRLƏR

Mətbuat Şurası Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı məlumat yaydı

 Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində 2020-ci il iyulun 13-nə keçən gecədən Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və bu ...

Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

  Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın pisləşəcəyi barədə xəbərdarlıq edib.  Sfera.az xəbər verir ki, xəbər verir ki, iyulu...

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

  "Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyy...

“Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq..." - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ötən gün cəhbədə baş verənlərlə bağlı "İnstagram"da paylaşım edib. Sfera.az paylaşımın mətnini təqd...

Vilayət Eyvazov daha bir rəisi təqaüdə göndərdi

  Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sələfi Ramil Usubovun yaxın adamını təqaüdə göndərib. Sfera.az xəbər verir ki, nazirin əmri...

Naxçıvanda da atışma başladı – Mərmilər işə düşdü

  Müdafiə Nazirliyi daha bir açıqlama yayıb.   Sfera.az  xəbər verir ki, açıqlamada deyilir: Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun ...