Azərbaycan siyasətində “ənənəvi müxalifət” tandemi necə dağılır? - TƏHLİL

Azərbaycan siyasətində “ənənəvi müxalifət” tandemi necə dağılır? - TƏHLİL

Ölkənin siyasi səhnəsində yeni düzən formalaşmaqdadır.

 

Prezident Adminstrasiyası rəsmisinin siyasi partiya rəhbərləri ilə görüşlərindən başlayan bu proses yeni parlamentdə müxalifətə vitse spiker, komitə sədri və komitə sədrinin müavini vəzifələrinin verilməsi ilə davam etdi və bu gün partiyaların qeydiyyatı qarşısında əngəllərin aradan qaldırılması, hətta ölkə rəhbərinin partiya sədrlərinə təbrik göndərməsinə qədər yüksəlib.



 

 

 

Əslində Prezidentin Milli Məclisin ilk iclasındakı çıxışında çoxpartiyalı siyasi sistem məqamını xüsusi vurğulaması da prosesin davamlı xarakter alacağını göstərirdi. Beləliklə, hakim komanda illər sonra ilk dəfə YAP-dan kənar siyasi qüvvənin varlığını rəsmən nəinki tanıyır, hətta onunla ilkin əməkdaşlıq addımları atmaq niyyətini göstərir.

 

Prosesin hansı məcrada davam edəcəyi və hansı nəticələrə gətirəcəyini indidən söyləmək çətindir. Amma artıq ilk andaca ortaya çıxan bir məqam var: Azərbaycan siyası sistemində "ənənəvi müxalifət” tandemi ortadan qalxır!

 

Əslində düşünmək olar ki, hakimiyyətdə bu illər ərzində "ənənəvi müxalifət”in təbii şəkildə sıradan çıxacağını təxminləşdirərək digər alternativ siyasi qüvvələrlə əməkdaşlığı qəsdən yubadıb. Əgər doğurdan da belədirsə ortada olan durum onu göstərir ki, cəmiyyət yeni siyasi düşüncəyə və klassik müxalifətçilikdən kənar alternativ siyasi qüvvəyə ehtiyac duyurmuş.


 


Əslində bu qüvvələr yetişmişdi də, sadəcə indi hakim komandanın bu qüvvələrlə sağlam iqtidar-müxalifət münasibətləri çərçivəsində əlaqələri siyasi səhnəni kökündən dəyişib.

 

İsa Qəmbər və Əli Kərimli faktoru illərlə müxalifət adının monopoliyaya alınması kimi qəbul edilə bilər. Amma gerçəklik bundan ibarət idi ki, 93-cü ildən bu yana ölkənin siyasi həyatında heç kəs bu iki şəxsin müxalifət lideri məqamını zəbt edə bilməyib.

 

Deyilən dövr ərzində Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva, Etibar Məmmədov kimi adlar qabardılsa da sonradan bu şəxslər nə iddia olunan məqamı, nə də umulan gücü doğrultmaq potensialında olmadılar. Eyni zamanda hakimiyyətin maddi və siyasi dəstəyi ilə qurulan projelərə də şahidlik etdik, amma bu şəxslər də etimadı doğrultmadılar.

 

Hətta son dövr populyarlıq qazanan xaicdəki mühacirlərin "söyüş müxalifəti” də sözügedən siyasi postu tuta bilmədi.


Elə indi də vitse spikeri müxalifətdən olsa belə Əli Kərimli və İsa Qəmbərin təmsil olunmadığı parlamenti nə cəmiyyət, nə də beynəlxalq təşkilatlar müxalifətli parlament kimi qəbul etməyəcəkdi, amma bu gün həmin parlamentdə təmsil olunan VHP, MCP, BQP, REAL partiyalarından olan deputatlar öz mövqeləri, obyektiv tənqidi ilə bəlli müxalifətçiləri kölgədə qoyub.

 

Bu sırada "Ənənəvi müxalifət”in yeni sima ilə əvəzlənməsi prosesundə REAL partiyası və onun sədri İlqar Məmmədov xüsusilə diqqət çəkir. Siyasi proseslərə analitik və radikallıqdan uzaq reallıq prizmasından yanaşan REAL öz mövqeyi ilə cəmiyyətdə böyük nüfuz dayaqları qazandı. Əslində ciddi sosial bazaya, kütləvi təbliğatçı ordusuna malik olamayan REAL sədrinin həbsdə olduğu dönəmdə birdən birə bütün ölkə boyu populyarlaşmasının səbəbi də bu idi.

 

Bunun üzərinə Qərbin, beynəlxalq təşkilatların da REAL sədrinə açıq simpatiya göstərməsini və onun azadlığını təkidlə, nümayişkəranə şəkildə tələb etməsini əlasvə etsək İlqar Məmmədov faktorunun ciddiliyini qəbul etməyə dəyər.

 

 

Baş verənlərin təhlili bir daha onu göstərir ki, Azərbaycan siyasi səhnəsində sifariş və kənar dəstəklə gerçək liderlik məqamı qazanmaq mümkünsüzdür. Bunu nə narazı eloktarat, nə də müxalif siyası güc qəbul etmir.

 

Çingiz

Sfera.az

 

 

OXŞAR XƏBƏRLƏR

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...